Lavrov "nəbzi yoxlamaq" üçün Ermənistana gedir: Nələr müzakirə olunacaq?

Lavrov "nəbzi yoxlamaq" üçün Ermənistana gedir: Nələr müzakirə olunacaq?
19.05.2025 18:30

“Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana oradakı nəbzi yoxlamaq üçün gedir”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər dərin bir yenidənqurma ehtiyacı ilə üz-üzədir. 

“Son aylarda Ermənistanın geosiyasi istiqamətdə atdığı addımlar və verdiyi ziddiyyətli bəyanatlar Moskvanın narazılığına səbəb olur. İrəvanın Qərbə doğru açıq meylləri, Avropa İttifaqı (Aİ) ilə inteqrasiya kursunu qanunverici səviyyədə rəsmiləşdirməsi və bu sənədlərin prezident tərəfindən imzalanması Kremldə ciddi narahatlıq doğurub. Lakin Moskva bu narazılığı açıq şəkildə dilə gətirməsə də, siyasi eyhamlarla rəsmi İrəvana mesaj verir ki, siz nə qədər manevr etsəz də, bizim təsir dairəmizdən çıxmaq gücünə malik deyilsiniz”. 

Analitikin fikrincə, Ermənistanın davranışları sabit siyasi xəttin olmadığını göstərir. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini “dondurur”, digər tərəfdən təşkilatı tərk etməyəcəyini bildirir. Eyni zamanda, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı qeyri-müəyyən açıqlamalar verir. Bu dalğalı ritorika Ermənistanın siyasi elitasının qərarsızlığını, strategiya yoxluğunu və siyasi PR-ı (piar) faktiki siyasətdən üstün tutulduğunu göstərir.

“Rusiya ilə əməkdaşlıqdan qazanc götürməyə davam edən Ermənistan digər tərəfdən Moskvaya qarşı sərt ritorika ilə çıxış edir. Görünür Ermənistan rəhbərliyi 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsində Rusiyanın göstərdiyi dəstəyi də unudub. Həmin dövrdə Sovet ordusunun keçmiş erməni mənşəli hərbçiləri İrəvana ciddi dəstək vermişdi. Ermənistan bu dəstəklə qalib gəldiyini unudaraq indi Rusiya ilə yollarını ayırmağa çalışır”.

Lavrovun Ermənistana səfərinə diqqət çəkən politoloq bildirib ki, bu, heç də təsadüfi deyil. Moskva suallarına konkret cavab almaq niyyətindədir: Ermənistan nə istəyir? Hansı kursu seçib? Bu fonda Ermənistan rəhbərliyində mövqelərin haçalandığını müşahidə edirik. Çünki Baş nazir Nikol Paşinyan bir fikir bildirir, Təhlükəsizlik Şurasının katibi və xarici işlər naziri isə fərqli mövqelər sərgiləyirlər. Bu isə İrəvanda vahid və mərkəzləşdirilmiş idarəetmənin olmadığını, siyasi kursun dağınıq və qeyri-sabit olduğunu göstərir. Dövlət belə eksperimentlərlə idarə olunmamalıdır.

Bundan başqa, Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya cəhdləri də reallıqdan uzaq hesab olunur. Çünki İrəvanın Aİ-yə təqdim edəcəyi real iqtisadi potensialı yoxdur. Nə meyvə-tərəvəz, nə də “konyak” kimi məhsullarla Avropa bazarında yer almaq mümkündür:

“Üstəlik, Aİ özü hazırda daxili çağırışlarla üz-üzədir. İttifaq öz daxilində “bazar” halında olsa da, belə problemləri olan bir ölkəni sıralarına qəbul etməyə maraqlı deyil. Bu kurs sadəcə siyasi görüntü xatirinə atılan addımdır”.

T. Abbasov diqqətə çatdırıb ki, Rusiya daxilində də erməni əsilli vətəndaşlar arasında Ermənistanın hazırkı hakimiyyətinə etirazlar güclənir. Hətta Rusiyada müəyyən dairələrdə Ermənistanla bağlı kuratorların dəyişdirildiyi də iddia olunur. Yeni simalar isə daha konkret və realist bir siyasət formalaşdırmağa çalışırlar.

“Nəticə etibarilə deyə bilərik ki, Ermənistanın Rusiyadan tam şəkildə qopması real deyil. Həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından İrəvanın Moskvanın orbitindən çıxması mümkün görünmür. Ermənistan siyasi xəttini və inkişaf paradiqmasını müəyyən etmədiyi müddətcə, bu ziddiyyətli kurslar ölkəni daha da zəiflədəcək. Lavrovun səfəri bu mənada Ermənistanın nə istədiyini aydınlaşdırmaq üçün bir cəhddir”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvanda işgüzar səfərdə olacaq. O, səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Töhfə Səməd

FOTOLAR

Lavrov "nəbzi yoxlamaq" üçün Ermənistana gedir: Nələr müzakirə olunacaq? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər