İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir

İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq  istəyir
15.07.2026 14:23

Vaşinqton İran limanlarına qarşı dəniz blokadasını yenidən qüvvəyə mindirib. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Tehranı danışıqlara qayıtmağa çağıraraq, əks halda İranın kritik infrastrukturuna yeni zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib. Bölgədə gərginliyin daha da artdığı bir vaxtda bu addımın mümkün nəticələri diqqət mərkəzindədir. 

Bəs  İranın buna cavabı necə olacaq? 

Politoloq Əli Mustafa bu barədə TodayPress TV-yə danışıb. 

Analitik bildirib ki,  Amerika–İran münaqişəsi yenidən alovlanır. Amerika raketlərlə İranın bir sıra hərbi obyektlərini vurur. Cənub-şərq bölgəsində, o cümlədən İran şəhərlərində yerləşən hərbi hissələrə zərbələr endirilib. Təqribən 13 hərbçinin yaralandığı, 7 hərbçinin isə həlak olduğu bildirilir. Həmçinin təxminən 13 raketin atıldığı deyilir. Eyni zamanda, digər istiqamətlərdə də Amerikanın hücumlarını görürük. Bir sıra sahil müşahidə məntəqələri vurulub və ayın 15-dən etibarən İran gəmilərinə qarşı blokada başlayır.

Onun qənaətincə, deyilənlərlə əməllər üst-üstə düşmür:

"Bütün bunların İranı yenidən danışıqlara qaytarmaq və razılaşmalara əməl etməsini təmin etmək məqsədilə edildiyi bildirilir. Amma açığı, düşünürəm ki, bunların hamısı sadəcə ritorikadır. Gerçəkdə isə Amerika–İran savaşı yarımçıq qalıb. Sadəcə, müəyyən fasilə verilib və indi savaş yenidən başlayır. Çünki burada Amerika qarşıya qoyduğu hədəflərə və məqsədlərə çatmayıb. Amerika çalışacaq ki, İranı ram etsin və bu bölgədə, xüsusilə də İran üzərindəki istəklərini gerçəkləşdirsin". 

Politoloq əlavə edib ki, İranın  hələ də raket və dron ehtiyatı var:

"İranın dağların altında yerləşən bazaları hələ də təhlükəsizdir. Ehtimal etmək olar ki, İran da buna qarşılıq verəcək. Artıq İranın Amerikanın Körfəzdə yerləşən bir sıra hərbi bazalarına raket zərbələri endirdiyini görürük. İranın hipersəs raketləri və dronları, demək olar ki, asimmetrik müharibədə istifadə olunur". 

Ekspert düşünür ki, savaş davam edəcək:

"Tərəflər, düzdür, danışıqlar masasına qayıtmaq barədə danışırlar. Amma düşünürəm ki, hələlik bu masaya qayıdış elə də tez baş tutmayacaq. İran gəmilərinə qarşı blokada və Hörmüz boğazının yenidən İran gəmiləri üçün bağlanması, təbii ki, digər gəmilərin də buradan gediş-gəlişinə təsir göstərəcək. Ehtimal ki, İran da digər ölkələrin gəmilərinin gediş-gəlişinə maneələr yaradacaq". 

Analitik  sonda əlavə edib ki, münaqişənin yenidən dərinləşməsi dünya bazarında neftin qiymətinə kəskin  təsir edəcək:

"Neftin qiymətinin yenidən bahalaşdığını görəcəyik. Birjalarda da vəziyyət dəyişəcək. Hər halda, yaxın günlər üçün gözlənilən dinamika məhz budur".   

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
15 июля 2026
Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 Иран нанес удары по всем, кроме Израиля – в чем причина? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Примечательное заявление российского депутата об Азербайджане 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Организуя нападение на Азербайджан, Россия опозорила себя перед всем миром — АНАЛИЗ 16:10 Новые банкноты стирают в стиральной машине – Так тестируют деньги 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 МИД обратился к гражданам Азербайджана – ЗАЯВЛЕНИЕ 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Путин отправил свой частный самолет, чтобы вывезти Хаменеи из Ирана? – Невероятные подробности 15:21 Заявление ЦЕНТКОМ: Удары по Ирану... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Все новости