Berlin görüşü: Mertsin tərk etdiyi masada nə baş verdi?

Berlin görüşü: Mertsin tərk etdiyi masada nə baş verdi?
15.12.2025 15:17

Dekabrın 14-də Berlində Ukrayna Prezidenti Volodimir Zelenski  və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında 20 maddəlik sülh planı üzrə danışıqlar aparılıb. Görüşdə Trampın kürəkəni Cared Kuşner də iştirak edib. Almaniya kansleri Fridrix Merts də danışıqlarda iştirak etsə də, görüşü erkən tərk edib, səbəb açıqlanmayıb. Daha sonra Stiv Uitkoff beş saatdan çox davam edən danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb.  


Maraqlıdır, görüşün Ukrayna sülh prosesinə real təsiri varmı? Mertsin görüşü yarımçıq tərk etməsi nədən xəbər verir? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Züriyə Qarayeva bildirib ki, Berlin görüşü ABŞ-nin 20 maddəlik planla mərhələli kompromis xəttini rəsmiləşdirdi:

 "Berlində keçirilən Zelenski–Uitkoff görüşü ilk növbədə ABŞ-nin yeni administrasiyasının Ukrayna müharibəsinə yanaşmasının formalaşdığı mərhələdə baş tutması baxımından diqqət çəkir. Stiv Uitkoffun “irəliləyiş əldə olunduğu” barədə açıqlaması hələ konkret nəticələrin ortaya çıxmadığını göstərsə də, Vaşinqtonun 20 maddəlik sülh planını aktiv şəkildə irəli aparmaq niyyətində olduğunu ortaya qoyur. Bu danışıqlar Ukraynanın mövqeyini köklü şəkildə dəyişməsə də, prosesin artıq mövcud siyasi reallıqlar fonunda mərhələli kompromis modelinə doğru yönəldiyini göstərir. Başqa sözlə, görüş sülh prosesinə dərhal həlledici təsir göstərməsə də, ABŞ–Ukrayna xəttində əsas konturların cızıldığı və diplomatik çərçivələrin formalaşdırıldığı tranzit mərhələ kimi qiymətləndirilə bilər".


Analitik vurğulayıb ki, Mertsin gedişi ABŞ və Avropa arasında gizli fikir ayrılıqlarını ortaya qoyur:

"Almaniya kansleri Fridrix Mertsin görüşü yarımçıq tərk etməsi isə danışıqların arxa planında ABŞ ilə Avropa arasında müəyyən fikir ayrılıqlarının mövcud ola biləcəyinə işarə edir. Avropa üçün prioritet Ukraynanın təhlükəsizliyinin və uzunmüddətli sabitliyin təmin olunmasıdır, ABŞ üçün isə Tramp administrasiyasının yanaşmasına uyğun olaraq müharibənin maliyyə yükünün azaldılması və daha sürətli siyasi razılaşmanın əldə edilməsi ön plandadır. Bu fərqli yanaşmalar 20 maddəlik planın məzmunu, kompromislərin miqyası və xüsusilə Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlı ABŞ–Avropa xəttində gizli gərginliklərin mövcud ola biləcəyini göstərir".

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Все новости