Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu

Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu
02.06.2026 17:54

İyunun 1-də İran İslam Respublikası ərazisində yerləşən Astara dövlət sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran Hüquq-Mühafizə Qüvvələrinin baş komandanının müavini general-mayor Qasım Rzainin rəhbərliyi ilə nümayəndə heyətlərinin görüşü keçirilib.

Görüşdən geriyə qalan görüntülər heç də ürəkaçan deyil.   Qonşu ölkənin sərhəd xidmətinin rəhbərinin və öz komandanlığının qarşısına çıxarılan 10 nəfərlik fəxri qarovul dəstəsində iki əsgərin eynəkli olması, bir hərbçinin isə əlcəyini yarımçıq və səliqəsiz şəkildə geyinməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hələ bunlar nümayiş etdirilən “vitrin”dir. Görəsən, pərdəarxasında vəziyyət necədir?

Hərbi nəzəriyyədə fəxri qarovul ordunun siması sayılır. Əgər ən yüksək səviyyəli qonaqların və öz komandanlığının qarşısında belə görüntülər ortaya çıxırsa, bu, yalnız təsadüfi diqqətsizlik kimi qiymətləndirilə bilməz. Əsgər seçimi, hazırlıq səviyyəsi və formaların standartlara uyğunluğu sahəsində müşahidə olunan çatışmazlıqlar İranın hərbi gücü ilə bağlı səsləndirilən iddialı bəyanatların nə dərəcədə reallığı əks etdirdiyi barədə suallar doğurur.

İlk baxışda eynəkli əsgərlərin və ya yarımçıq geyinilmiş əlcəyin ciddi problem olmadığı düşünülə bilər. Ancaq fəxri qarovul dəstəsi kimi xüsusi hazırlıq keçən bir bölmədə bu cür detallara yol verilməsi hərbi protokolun icrasına kölgə salır və nizam-intizam məsələləri ilə bağlı suallar yaradır.

Hərbi qüdrət təkcə raketlərin, pilotsuz uçuş aparatlarının və ya canlı qüvvənin sayı ilə ölçülmür. Hərbi güc eyni zamanda yüksək nizam-intizam, dəqiq logistika, peşəkar şəxsi heyət və ən xırda detaladək düşünülmüş idarəetmə sistemi deməkdir. Təbliğatın formalaşdırdığı “məğlubedilməz ordu” obrazı ilə reallıq arasında yaranan bu ziddiyyət isə İranın hərbi sistemində mövcud olan problemlərlə bağlı müzakirələri  aktuallaşdırır.

Nəticədə belə bir sual ortaya çıxır: Əsgərinin əlcəyinə belə nəzarət edə bilməyən və ya buna kifayət qədər önəm verməyən bir hərbi sistem öz strateji və qlobal ambisiyalarını hansı təməl üzərində qurur? “Vitrin”də müşahidə olunan çatışmazlıqlar pərdəarxasında gizlənən daha ciddi problemlərin  əksidir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər