Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir

Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir
15.07.2026 12:43

İraqın Baş naziri Əli əz-Zeydi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra mühüm mesajlar verdi.

Xüsusilə 30 sentyabra qədər həm ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasını, həm də dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupların silahsızlaşdırılmalı olduğunu xatırlatması diqqət çəkir. Bunlar həyata keçərsə, İraqda uzun illərdir davam edən təhlükəsizlik modelində ciddi dəyişiklik baş verə bilər.

Ən vacib məqamlardan biri dövlətin silah üzərində tam nəzarəti bərpa etmək istəyidir. İllərdir müxtəlif silahlı qrupların mövcudluğu İraq hökumətinin imkanlarını məhdudlaşdırır və ölkədə vahid təhlükəsizlik sisteminin formalaşmasına mane olur. Yeni hökumət bildirir ki, bundan sonra silah yalnız dövlətin əlində olmalıdır. Bu, ölkə daxilində sabitliyin möhkəmlənməsi, hökumətin nüfuzunun artması baxımından vacib yanaşmadır.

Digər diqqətçəkən məsələ ABŞ qoşunlarının çıxarılması ilə yanaşı, Amerika şirkətlərinin İraqda fəaliyyətinin genişləndirilməsidir. Vaşinqton bununla hərbi əməkdaşlıqdan daha çox iqtisadi əməkdaşlığa keçmək istədiyini ortaya qoyur. Xüsusilə enerji və neft sahəsində investisiyaların artacağı gözlənilir. Bununla da İraq üçün yeni iş yerləri, texnologiya və xarici sərmayə imkanları yaranacaq.

Amma qarşıda ciddi maneələr var. İranla yaxın münasibətdə olan bəzi silahlı qrupların silahsızlanmağa razı olub-olmayacağı əsas sualdır. Bu qüvvələrin bir hissəsi indiyə qədər ölkənin təhlükəsizlik sistemində mühüm rol oynadıqlarını bildirir və silahı yerə qoymurlar. Ölkə daxilində siyasi gərginlik və hətta təhlükəsizlik problemləri də yarana bilər.

İran amilini də kənara atmaq olmaz. Tehran uzun illərdir İraqda müxtəlif siyasi və silahlı qruplar vasitəsilə təsir imkanlarını qoruyub saxlayır. Silahsızlaşdırma prosesi bu təsirin zəifləməsini təmin etsə də, İranın buna necə reaksiya verəcəyi regionu düşündürür.

ABŞ qoşunlarının çıxmasından sonra təhlükəsizlik boşluğunun yaranmasından istifadə oluna bilər. Əgər dövlət təhlükəsizlik sistemini tam formalaşdırmağı bacarmasa, İŞİD kimi terror təşkilatlarının qalıqları meydanı boş görəcək. 

İraq rəhbərliyinin ölkədə dövlət institutlarını gücləndirmək və xarici təsirləri azaltmaq məqsədi var. Qarşıdakı aylarda hökumətin silahlı qruplarla münasibəti, İranın mövqeyi və ABŞ-İraq əməkdaşlığının hansı istiqamətdə inkişaf edəcəyi İraqın  taleyini müəyyən edəcək.

Əgər, hökumət planlarını həyata keçirə bilsə, ölkə daha güclü dövlət idarəçiliyinə və daha sabit təhlükəsizlik mühitinə yaxınlaşa bilər. Əks halda İraq yenidən daxili siyasi qarşıdurmalar və regional rəqabət üçün poliqon olacaq.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
15 июля 2026
Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı 14:25 İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir 14:23 Dövlətə xəyanət edən şəxs barəsində qərar verildi 14:14 Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 13:01 Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir 12:43 Slovakiya Prezidenti şəhidlərin xatirəsini andı 12:39 Неизвестные «существа», атакующие Каспий: они ли причина утоплений в море? 12:36 İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya 12:32 18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək 12:12 Путин вернулся словно с собственным гробом под мышкой — Китай вырыл ему яму... 11:55 Загорелся Ормузский пролив, и искра упала на Баб-эль-Мандеб 11:43 Словацкий лидер почтил память Общенационального лидера 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 Путь TRIPP — это часть Зангезурского коридора, но не наоборот — АНАЛИЗ 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 Новая реклама от «Anthropic» вызвала споры: можно ли доверять искусственному интеллекту? 10:48 Все новости