"Düşmənimin düşməni mənim dostumdur": Əfqanıstanın gələcəyi bundan asılıdır...

"Düşmənimin düşməni mənim dostumdur": Əfqanıstanın gələcəyi bundan asılıdır...
16.02.2026 16:56

Əfqanıstanın son 30 illik tarixi göstərir ki, bu ölkədə hakimiyyət uğrunda mübarizə heç vaxt təkcə daxili məsələ olmayıb. 

Regional güclər, dini-ideoloji cərəyanlar və böyük dövlətlərin maraqları burada daim toqquşub. Bu proseslərin mərkəzində isə 1994-cü illərdə Qəndəharda yaranan Taliban hərəkatı dayanır. 


Talibanı anlamaq üçün onu yalnız radikal dini qrup kimi deyil, həm də vətəndaş müharibəsi şəraitində yaranmış sosial-siyasi boşluğun məhsulu kimi qiymətləndirmək lazımdır.

Xatırlayırsınızsa, Taliban 1996-cı ildə Kabilə daxil olaraq “Əfqanıstan İslam Əmirliyi”ni elan etdi. Rejim yalnız Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən rəsmi şəkildə tanındı. Qadınların təhsil və əmək hüquqlarının məhdudlaşdırılması, sərt şəriət cəzaları və siyasi plüralizmin olmaması ölkəni beynəlxalq təcridə apardı. 1998-ci ildə Məzari-Şərifdə Taliban qüvvələrinin İran konsulluğunu ələ keçirməsi zamanı 9 diplomat və 1 jurnalist öldürüldü. Bu hadisə Tehranla Taliban arasında münasibətləri müharibə həddinə çatdırdı, lakin hərbi qarşıdurma baş vermədi.  

2001-ci ildə ABŞ müdaxiləsindən sonra Taliban hakimiyyəti devrildi, lakin qrup silahlı müqavimət strategiyasına keçərək 20 il davam edən üsyan mərhələsini başladı. 2021-ci ilin avqustunda ABŞ qoşunlarının çıxarılmasından sonra Taliban yenidən hakimiyyəti ələ keçirdi. Bu dəfə vəziyyət fərqli idi: ölkə beynəlxalq maliyyə sistemindən kənarda qaldı, aktivlər donduruldu və humanitar böhran dərinləşdi. 


Hesab edirəm ki, Taliban ikinci hakimiyyəti dövründə ideoloji xəttini tam dəyişməsə də, regional diplomatiyada daha praqmatik davranmağa məcbur oldu.

İranla münasibətlər isə həmişə mürəkkəb olub... 

1990-cı illərdə Tehran Talibanı ideoloji və məzhəbi baxımdan təhlükə hesab edirdi. 2001-ci ildən sonra isə ABŞ-nin Əfqanıstanda hərbi mövcudluğu həm Tehran, həm də Taliban üçün ortaq geosiyasi faktor oldu və dolayı diplomatik kanallar açıldı. 

2021-ci ildən sonra isə Talibanın hakimiyyətə qayıdışı fonunda İran açıq qarşıdurma yolunu seçmədi, sərhəd təhlükəsizliyi, ticarət və qaçqın məsələləri üzrə dialoqu davam etdirdi. Buna baxmayaraq, Hilmənd çayı üzərində su bölgüsü və sərhəddə silahlı insidentlər kimi problemlər hələ də qalmaqdadır.  

İndi isə Taliban sözçüsü Zabihullah Mücahid bəyan edib ki, əgər ABŞ İrana hücum edərsə, Taliban potensial olaraq Tehrana dəstək göstərə bilər. Təsəvvür edin, Taliban açıq şəkildə böyük güclər qarşısında İrana dəstək nümayiş etdirir. 


ABŞ və İran gərginliyinin özəyinə ensək, məlum olur ki, münasibətlər 1979-cu il İslam İnqilabından sonra pozulub. ABŞ və İran 1979-cu ilədək dost-strateji tərəfdaş idilər, lakin inqilabdan sonra İran İslam Respublikası Vaşinqtonu “imperialist güc” kimi qəbul etdi və 1979-cu ildə Tehran ABŞ səfirliyini ələ keçirərək diplomatları girov götürdü. Bu isə münasibətlərin kəskin pisləşməsinə səbəb oldu. Diplomatlar 444 gün girovda qaldı və diplomatik əlaqələr tamamilə məhv oldu. 

Sonrakı illərdə İranın nüvə proqramı məsələsi münasibətləri daha da gərginləşdirdi. 2015-ci ildə İranla imzalanan nüvə sazişi (JCPOA) münasibətləri bir qədər yumşaltsa da, 2018-ci ildə ABŞ bu sazişdən çıxaraq İrana qarşı yeni sanksiyalar tətbiq etdi və “maksimum təzyiq” siyasətini həyata keçirdi. İran buna qarşı öz ballistik raket proqramını və nüvə fəaliyyətini davam etdirdi, bu da qarşılıqlı etimadsızlığı artırdı. 

Son illərdə də bölgədə İsrail və İran arasında qarşıdurma, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi, İranın ABŞ baza və müttəfiqlərinə raketlərlə cavab verməsi kimi hərbi hadisələr gərginliyi pik nöqtəyə çatdırıb. Başqa sözlər desək, bu gərginlik tarixi qırılmalar, nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və iki ölkənin bir-birini təhlükə kimi görməsi nəticəsində yaranıb və illərdir davam edir.

Hesab edirəm ki, Taliban sözçüsünün sözügedən bəyanatı, daha çox siyasi mesaj və geosiyasi mövqe nümayişidir. Bu real hərbi ittifaq və müdaxilə planı kimi qəbul edilmir. Bəyanatın arxasında regional anti-Qərb narazılığı, İranla diplomatik əlaqələrin davamlılığı və Talibanın mövqeyini möhkəmləndirmək istəyi dayanır. 

İndiki vəziyyətdə Talibanın bəyanatları, ABŞ-İran gərginliyi və regional balans məsələləri bir-biri ilə bağlıdır. Tehran Talibanı tam strateji müttəfiq kimi deyil, “idarəolunan qonşu” kimi görür, Taliban isə iqtisadi blokada şəraitində regional qonşularla əməkdaşlığa məcburdur. Əfqanıstanın gələcəyi yalnız regional razılaşmalardan deyil, daxili inklüziv siyasi sistemin formalaşmasından asılı olacaq. 

Əks halda, ölkə yenə də böyük güclərin rəqabət meydanı olaraq qalacaq.  

Jalə Rövşən

XƏBƏR LENTİ
16 IYUN 2026
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bütün Xəbərlər