Azərbaycanda 2200 illik qədim şəhər tapıldı

Azərbaycanda 2200 illik qədim şəhər tapıldı
15.07.2026 13:21

Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, Yardımlıda, Azərbaycan-ABŞ müştərək ekspedisiyası Urakəran kəndində 2200 il əvvələ aid antik yaşayış məskəni aşkarlayıb.

Bu, cənub-şərq dağlıq zonasında Atropatena dövrünə aid öyrənilən ilk iri şəhər tipli məskən sayılır. Ərazidə qədim istehsalat və təsərrüfat izləri üzə çıxıb. Tədqiqatlar rayonun Viləş çayının sol sahilində, strateji dağlıq zonada aparılır. "Seyidin yeri" adlı bu ərazi qədim dövrün irimiqyaslı yaşayış məskəni hesab edilir.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, bu, Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətli olan Atropatena dövlətinin tarixi ərazisidir:

“Məhz bu ərazidə də qeyd olunan dövrə aid yaşayış məskənlərini aşkar etmək olduqca önəmlidir. Tədqiqat müddətində burada, iri tikili qalıqları aşkar edə bildik və ümumilikdə bu, 2200 illik tarixi əhatə edir. Tədqiqat prosesində məlum oldu ki, burada eyni xronoloji çərçivədə, yəni bir-birindən bir neçə yüzillik fərq olmaq şərti ilə iri tikililər salınıb. Tədqiqat prosesində otaqlar da aşkar edildi. Müdafiə istehkamı olan müəyyən hissələri var. Tədqiqatlar göstərir ki, burada o dövrdə yanğın baş verib, tavanlar yanaraq dağılıb".

Onun sözlərinə görə, arxeoloji tapıntılar bu ərazidə məhz eramızın birinci əsrinin əvvəllərindən yerli şüşə istehsalının olduğunu təsdiq edir.

Bildirilib ki, AMEA və ABŞ-ın Los-Anceles Universitetinin alimləri Atropatenanın dağlıq bölgələrindəki urbanizasiya proseslərini də araşdırırlar. Toplanan orqanik nümunələrin dərindən analizi ABŞ-ın Hamilton Kollecində laborator şəraitdə aparılacaq.

Los-Anceles Kaliforniya Universitetinin arxeologiya üzrə professoru Lara Fabianın sözlərinə görə, ərazidə daha da qədim antik materiallar var:

“Bu il buradan ayrıldıqdan sonra mən və arxeoloq həmkarlarım bu tapıntılar haqqında elmi məqalələr yazmağa davam edəcəyik. Məqsədimiz bu materialları tanıtmaq və Azərbaycanın zəngin arxeoloji irsinə daha çox diqqət cəlb etməkdir. Ümid edirəm ki, gələcəkdə də bu ərazidə tədqiqatlarımızı davam etdirə biləcəyik. Çünki bu, çox mühüm arxeoloji abidədir və onun öyrənilməsi, eyni zamanda qorunması böyük əhəmiyyət daşıyır”.

Məlumata görə, kompleksin açıq səma altında muzeyə çevrilməsi və turizm marşrutuna salınması nəzərdə tutulur.

Qeyd edilib ki, araşdırmalar nəticəsində xeyli sayda orqanik nümunələr toplanıb. Geniş ərazini əhatə edən bu kompleksin tam strukturunu müəyyən etmək üçün növbəti illərdə müasir texnoloji vasitələrlə daha irimiqyaslı qazıntılar planlaşdırılır.

FOTOLAR

Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 1
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 2
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 3
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 4
Azərbaycanda 2200 illik qədim şəhər tapıldı — 5
XƏBƏR LENTİ
15 IYUL 2026
Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı 14:25 İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir 14:23 Dövlətə xəyanət edən şəxs barəsində qərar verildi 14:14 Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 13:01 Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir 12:43 Slovakiya Prezidenti şəhidlərin xatirəsini andı 12:39 Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur? 12:36 İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya 12:32 18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək 12:12 Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı... 11:55 Hörmüz boğazı alışdı, bir çınqıl da düşdü Bab əl-Məndəbə 11:43 Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 "Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı? 10:48 Bütün Xəbərlər