Pezeşkiandan “türk dili” açıqlaması: Siyasi gediş, yoxsa sınaq?

Pezeşkiandan “türk dili” açıqlaması: Siyasi gediş, yoxsa sınaq?
30.10.2025 17:27

İran Prezidenti Məsud Pezeşkian  İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın rolunu vurğulayıb və konstitusiyanın 15-ci maddəsinin icrası üçün “15-ci prinsip komitəsi” yaradıb. Maddə qeyri-fars dillərinin, o cümlədən türk dilinin tədrisinə icazə verir. Yeni tədris ilində türklərin yaşadığı bölgələrdə ana dilində təhsil sınaqdan keçirilə bilər.   

Maraqlıdır, bu addım İranın etnik siyasətində real dəyişiklik yarada bilər, yoxsa sadəcə simvolik xarakter daşıyır?  

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov bildirib ki, Pezeşkian dini rejimlə uzlaşmır:   

"Bilirsiniz, məsələ bundadır ki, indiki durumda Pezeşkianın atdığı addımlar mövcud teokratik rejimlə tam şəkildə üst-üstə düşmür. Pezeşkian islahatçı qanadın nümayəndəsi kimi Xomeyni rejiminin baxışlarından fərqli düşüncələrə malikdir və bu, zaman-zaman hiss olunur. Amma məncə, bu, ciddi gərginliyə səbəb olmayacaq".

Analitik qeyd edib ki, bu addımlar daha çox siyasi jest xarakteri daşıyır:  

"Türk dilinin ikinci tədris dili kimi tətbiqi məsələsi uzun müddətdir ki, müzakirə olunurdu, lakin sonradan parlamentdə gündəmdən çıxarıldı. İndi isə yenidən gündəmə gətirilir. Hicab məsələsində də Pezeşkian fərqli yanaşma nümayiş etdirib. Hesab edirəm ki, bu təşəbbüsə müəyyən qədər nail ola bilərlər, amma türk dilinin fars dili ilə eyni statusda olacağını düşünmürəm.

Bu, həm də siyasi bir gediş ola bilər. Yəni “baxın, biz bütün dillərə hörmətlə yanaşırıq, hər kəs öz dilində təhsil ala bilər” mesajını vermək məqsədi daşıya bilər. Amma bunun müəyyən çərçivələr daxilində icazə formasında olacağını düşünürəm".

S.Hümbətov son olaraq əlavə edib ki, Türk dilinə icazə məhdud, amma real addım kimi qiymətləndirilə bilər:

"Hər halda, heç olmamağındansa, müəyyən səviyyədə tətbiq olunması daha məqsədəuyğundur. Bu addım simvolik xarakter daşımayacaq, müəyyən dərəcədə icazələr veriləcək. Lakin bu icazələr geniş miqyaslı olmayacaq və fars dili ilə eyni səviyyəyə çatmayacaq". 

Jalə Rövşən

FOTOLAR

Pezeşkiandan “türk dili” açıqlaması: Siyasi gediş, yoxsa sınaq? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər