ABŞ-dən Nigeriyaya təhdid: Eyni anda bir neçə cəbhədə güc nümayişi!

ABŞ-dən Nigeriyaya təhdid: Eyni anda bir neçə cəbhədə güc nümayişi!
03.11.2025 13:18

ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianların qorunması məqsədilə “İslam terrorçularına” qarşı hərbi tədbirlərə hazırlaşmaq tapşırığı verib. Müdafiə naziri Pit Heqset "X" hesabında bildirib ki, Nigeriya hökuməti vəziyyəti nəzarətə almasa, ABŞ özü müdaxilə edə bilər. Nigeriya Prezidenti Bola Tinubu isə bu ittihamları rədd edib, ölkədə dini dözümsüzlüyün olmadığını vurğulayıb. 

Maraqlıdır, Tramp administrasiyasının bu addımı ABŞ-nin Afrika siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ ədalətsizliyə göz yumur:


"Amerika siyasəti indi artıq yeni təzahürlərini ortaya qoyur və bildirir ki, o, bütün dünyada istənilən sahədə nizam-intizamın yaradılmasına cavabdehlik daşıyır. Amma əslində Amerikanın özündə elə müsəlmanlara, qaradərililərə, afroamerikanlara qarşı ciddi qəddarlıq halları mövcuddur. Bəs niyə Amerika bu proseslərə özündən başlamır?" 

Politoloq qeyd edib ki, ABŞ “İslam terroru”nu yeni qlobal təhdid kimi göstərir:


"Əlbəttə, burada ilk növbədə rəsmi Vaşinqton göstərmək istəyir ki, o, müsəlman dünyasına daha çox diqqət yetirməlidir. Təsadüfi deyil ki, “İslam terrorçuluğu” və ya “İslam terrorizmi” anlayışı artıq onların siyasi leksikonunda möhkəm yer alıb. Yəni, əgər əvvəllər kommunizm Qərb dünyası üçün – özlərinin dediyi kimi “demokratik azad dünya” üçün – əsas təhdid idisə, indi artıq “İslam terroru” yeni risk və təhlükə kimi təqdim olunur və onunla mütəşəkkil mübarizəyə başlamaq zəruri sayılır".

Onun sözlərinə görə, bu Amerikanın müdaxilə bəhanəsidir:


"Hər halda, müstəqil mənbələr Nigeriyada bu zəmində baş verən ixtişaşların geniş miqyas almadığını göstərir. Nigeriya müstəqillik qazandıqdan sonra da orada iki əsas icma – şimalda çoxluğu təşkil edən müsəlmanlar və cənubda yaşayan xristianlar – arasında müəyyən gərginliklər mövcud olub. Hətta bəzi bölgələrdə dini mənsubiyyəti məlum olmayan qəbilələr də yaşayır ki, onlar hələ Amerika tərəfindən diqqətə alınmır.

Amma xristianlarla bağlı məsələnin ABŞ tərəfindən böyük piar kampaniyasına çevrildiyi görünür. Əgər prezident müdafiə nazirinə bu istiqamətdə tapşırıq verirsə, bu, onu göstərir ki, məsələ bilərəkdən şişirdilir, süni şəkildə dramatikləşdirilir və nəticədə ABŞ müdaxilə üçün zəmin hazırlayır". 

T.Abbasov vurğulayıb ki, ABŞ eyni anda bir neçə cəbhədə güc nümayiş etdirməyə çalışır: 


"Bir tərəfdə Venesuela, digər tərəfdə Nigeriya, üstəlik İran məsələsi – bütün bunlar göstərir ki, Amerika Birləşmiş Ştatları hələ də özünün “tükənməz imkanları”na istinad edərək istənilən istiqamətdə təsir göstərmək iddiasındadır. Bu, müəyyən mənada İsrailin Baş naziri Benyamin Netanyahunun fikirləri ilə oxşarlıq yaradır: o da iddia edir ki, İsrail eyni anda yeddi istiqamətdə müharibə apara bilər. Amerika da Filippindən Yaponiyaya qədər bir çox bölgələrdə eyni iddianı nümayiş etdirir – guya bir neçə cəbhədə mübarizə aparmaq gücünə malikdir və bu proseslərdə “nizam-intizam” yaratmağa qadirdir".   

Ekspertrin fikrincə, bu yanaşma özlüyündə yanlış və ziddiyyətlidir: 

"Çünki əslində Amerika çox vaxt xaosa yol açır. Öz alətləri və baxışları ilə özgə regionlara müdaxilə etməyə çalışması əks nəticə doğurur. Əgər Amerika Nigeriyaya daxil olarsa, bu, böyük strateji səhv olar. Çünki Afrikada ABŞ-nin nüfuzu o qədər də yüksək deyil. Burada, həmçinin, Çinin təsirini məhdudlaşdırmaq niyyəti də özünü göstərir".

"Beləliklə, Amerika reallıqdan çox, öz imkanlarını olduğundan artıq qələmə verir və bu, nəticə etibarilə əks təsir doğura bilər", - deyə politoloq fikrini sonlandırıb. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Все новости