Avropa üçün kritik xəbərdarlıq: Gözlər Moskvada

Avropa üçün kritik xəbərdarlıq: Gözlər Moskvada
20.11.2025 16:41

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın Avropaya qarşı hücum və təzyiq planlarını çoxdan hazırladığını deyib. Onun sözlərinə görə, Moskvanın məqsədi Avropa cəmiyyətlərini qorxutmaq və bu yolla Ukraynaya dəstəyi azaltmaqdır. Budanov Avropanın müdafiə hazırlığının zəif olduğunu və Rusiya təzyiqinin artacağı halda vəziyyətin daha da pisləşəcəyini bildirib.


Bəs  Rusiyanın Avropaya qarşı genişmiqyaslı hərbi eskalasiyaya getməsi real ssenaridirmi və bu risk hansı zaman çərçivəsində aktuallaşa bilər? 

"Rusiya təhlükəsinin artdığı artıq Avropanın da qəbul etdiyi bir reallıqdır".

Bunu sözügedən məsələ ilə bağlı TodayPress TV -yə açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.


Onun sözlərinə görə,  Moskvanın Avropa ölkələrinə zərbələr endirməsi ehtimalı qətiyyən istisna edilmir:

"Artıq heç kimə sirr deyil ki, Rusiya Avropa dövlətlərinə qarşı hərbi təzyiq niyyətlərini açıq şəkildə ön plana çıxarmağa başlayıb və yaxın gələcəkdə böyük ehtimalla belə zərbələr Ukrayna müharibəsinin başa çatmasından sonra baş verə bilər. Əslində, Ukrayna kəşfiyyatının məlumatı olmasa belə, Avropa ölkələri bu təhlükədən xəbərdardır".

O, qeyd edib ki, Berlinə görə, Rusiya təhlükəsi 2030-dan əvvəl qapını döyə bilər:

"Almaniyanın müdafiə naziri son açıqlamasında Qərbdə səslənən “Rusiya 2030-cu ildən əvvəl hücuma keçməz” proqnozlarının gerçəklikdən uzaq olduğunu bildirib. Onun fikrincə, Moskva 2030-cu ili gözləməyəcək və böyük ehtimalla 2027-ci, ən uzağı isə 2028-ci ilə qədər Avropa ölkələrinə hərbi zərbələr endirməyə başlaya bilər. Bu isə Avropa üçün uzun illərdir davam edən nisbətən sakit dövrün sona çatması ehtimalının çox yaxın olduğunu göstərir".

E. Xalidbəyli həmçinin vurğulayıb ki, Avropa Rusiyaya qarşı müdafiəni Ukraynanı gücləndirməklə mümkün sayır:


"Məhz buna görə də Almaniya bütün Avropa ölkələrinə çağırış edərək onların öz hərbi potensiallarını təcili şəkildə gücləndirməsini tələb edir. Məqsəd, Rusiyanın mümkün təcavüzünə qarşı yetərli müdafiə gücünün formalaşdırılmasıdır. Eyni zamanda Almaniya və Fransa hesab edir ki, Avropanın müdafiəsi üçün indi Ukraynanın daha güclü şəkildə dəstəklənməsi həyati əhəmiyyət daşıyır. Çünki Avropa rəsmilərinin fikrincə, bu gün Ukrayna Rusiya ilə Avropa arasında olduqca mühüm strateji bufer zonası rolunu oynayır və bu zonanın qorunması Avropanın təhlükəsizlik arxitekturasının əsas elementlərindən biridir".

Politoloq sonda əlavə edib ki, beləliklə, Avropa həm Rusiyanın yaxın gələcəyə yönəlmiş hücum planlarından xəbərdardır, həm də Ukraynaya dəstəyin artırılmasının vacibliyini açıq şəkildə etiraf edir. Rusiya təhlükəsi artdıqca, Avropanın Kiyevə dəstək vermək öhdəliyi də bir o qədər güclənir. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Bütün Xəbərlər