Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? - Paşinyandan rezonans doğuran XƏBƏR

Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? - Paşinyandan rezonans doğuran XƏBƏR
13.07.2026 19:26

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi İrəvanın anklav və eksklav məsələsini gündəmdən çıxara bilməyəcəyini söyləyib. Baş nazir Ermənistanın problemdən imtina etməyəcəyini və həll yolu axtardığını bildirib.

Nikol Paşinyanın seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsi ilə bağlı geniş açıqlama verərək, bu problemin Azərbaycanla delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Onun açıqlaması Ermənistan ictimaiyyətində Nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının anonsu kimi dəyərləndirilir.

Danışıqlarda Nüvədi məsələsi varmı? Delimitasiya və demarkasiya prosesində anklav-eksklav məsələsinin həlli hansı şəkildə mümkün ola bilər?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, anklav və eksklav məsələsi sərhədlərin müəyyənləşməsi prosesi ilə müəyyən olunmalıdır:

“Sərhəd komissiyalarının təmasları və görüşləri ilə bu məsələ müzakirə edilir, araşdırılır. Sərhədin bir hissəsi müəyyən edilmişdi, lakin hiss olunur ki, danışıqlar sürətlə getmir. Ermənistan ümumiyyətlə qərar verməlidir. Xüsusilə işğal edilən bəzi kəndlər geri qaytarılmalıdır. Onlar da müəyyən əraziləri istəyirlər.

Hazırda sülh prosesinin imzalanması ləngiyir. Paşinyanın dediyindən belə çıxır ki, Ermənistanda konstitusiya referendumu bu il keçirilməyəcək. Biz anklav və eksklavların geri qaytarılmasını istəyirik, lakin bu, vaxt aparacaq bir məsələdir”.

ЛЕНТА НОВОСТЕЙ
14 июля 2026
Tramp İran rəhbərliyini “dəli” adlandırdı 00:54 Tramp: “ABŞ bu gecə İrana güclü zərbə endirəcək” 00:47 Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi 00:40 Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür 00:13 Ukrayna Donetskdə Rusiyanın sursat anbarını vurdu - VİDEO 23:46 ABŞ İranın cənubuna zərbələr endirir - VİDEO 23:41 İran ABŞ müşayiətində olan gəmilərə zərbə endirdi 23:37 ABŞ İrana zərbələr endirir - TƏCİLİ 23:27 Tramp Amerika xalqına müraciət edəcək 23:17 Səudiyyə Ərəbistanındakı hava limanı hədəfə alındı - VİDEO 23:04 Ukrayna Putindən əvvəl cavab verdi - Moskva vuruldu - VİDEO 22:51 Argentina DÇ-2026-dan uzaqlaşdırıla bilər 22:44 Fransa Ukraynaya yeni qırıcılar verəcək - SİYAHI 22:34 İranlı rəsmi: “Hörmüzdə qaydaları biz müəyyən edirik” 22:20 İran Hörmüzdə “parkomat” quraşdırır 22:14 Dünya ticarətinin “şah damarı”na təhlükə - Husilər hərəkətə keçir 22:06 Macarıstan Prezidentinin taleyi parlamentdə həll olundu 22:00 Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR 21:47 Slovakiya Prezidenti Bakıdadır 21:42 Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki əraziləri vurdu - VİDEO 21:32 Ərdoğan və Tramp sülh üçün birlikdə hərəkət edəcək 21:27 SON DƏQİQƏ: Ukraynanın Baş naziri istefa ərizəsi verdi 21:10 Kəlbəcərdə itkin düşən uşağın çaya necə düşdüyü məlum oldu 20:45 TƏCİLİ - Ənsərullah hərəkatı Səudiyyə Ərəbistanına ZƏRBƏLƏR ENDİRİR 20:58 Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı 20:40 Все новости