Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi...

Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi...
30.06.2026 17:39

Sovet dövründə, 1967-1968-ci illərdə Molla Pənah Vaqifin 250 illik yubileyi qeyd olunurdu.  

Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun təşəbbüsü ilə Sov.İKP MK-ya müraciət edilmiş, tədbir 1968-ci ilin payızında Bakıda keçirilmişdi. Yubileyə SSRİ respublikalarından, eləcə də Bolqarıstan, Polşa, Kuba, Rumıniya, Almaniya Demokratik Respublikası, Türkiyə, İran və digər ölkələrdən qonaqlar dəvət olunmuşdu. 


Bu siyahıya Cənubi Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar  da salınmışdı. Onun dəvət olunması üçün xüsusilə şair Məmməd Araz böyük səy göstərmişdi. Məmməd Araz Moskvaya bir neçə dəfə müraciət etmiş, Şəhriyarın böyüklüyünü vurğulamış, hətta onun Azərbaycanda qalması xərclərini öz cibindən ödəyəcəyini bildirmişdi. Moskvadan razılıq gələndən sonra rəsmi dəvətnamə hazırlanmışdı. Proqramda hətta Şəhriyarın Səməd Vurğunun “Vaqif” poeması əsasında qurulmuş tamaşaya baxışı və çıxışı da nəzərdə tutulmuşdu. 


Lakin səfər baş tutmadı. Dəvətnamə "səhvən" başqa ünvana göndərilmişdi. Məktub Məhəmmədhüseyn Şəhriyarın adına yox,  Pakistanın Şəhriyar adlı bir şairinə ünvanlanmışdı.

Bu, poçt səhvi kimi təqdim olunsa da, məqsədli əngəl olduğu aydın idi. 

Məmməd Araz İran səfirliyinə dəfələrlə zəng etsə də, məktubun çatmadığını öyrənmişdi. Bəzi izahlara görə, maneə törədənlər arasında Yazıçılar Birliyindəki “qoca şairlər”– bolşevik rejiminə yaxın, Vaqif haqqında əsərlər yazanlar olmuşdu. Çünki Şəhriyar kimi güclü bir şəxsiyyət onların kölgədə qalmasına səbəb ola bilərdi. 

Şəhriyarın portretinin ilk müəllifi rəssam Fəxrəddin Əli də bu hadisəni təsdiqləyən şəxslər sırasında idi.

O, deyir: "Dəvət göndərildi, Şəhriyara  amma imkan vermədilər gəlsin. Gənclər Şəhriyarı o qədər sevir, yolunu gözləyirdilər ki,  onu çiyinləri üzərində daşıyacaqlarını dilə gətirmişdirlər. Bu da ürəklərində qaldı..."


Məmməd Araz bu hadisədən sonra  çox sarsılmış və məşhur “Gəlmədi” şeirini yazmışdı:

Ümidlər yollara sərili qaldı,

Bu ağır xəbərdən, bu nəs xəbərdən.

Güllər güllüklərdə dərili qaldı,

Şəhriyar gəlmədi...

Şəhriyar yollanır Azərbaycana,

Yol hanı, yol hanı Azərbaycana?

Bu da Təbriz-Bakı səddinin,  soyuq Araz ayrılığının növbəti həlqəsi idi. Şəhriyar Şimalın həsrətini yalnız misralarında yaşadan, arzusu gözündə qalan nakam şair olaraq tarixə keçdi. Məmməd Arazın  sızıltılı misralarında qaldığı kimi – Şəhriyar gəlmədi... Amma onun ruhu misralarında bütün qapalı yolları, tikanlı məftilləri çoxdan fəth etmişdi. 

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Все новости