Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi

Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi
18.08.2026 19:35 Xarici siyasət

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə Yuşşenko sosial şəbəkə səhifəsində Bakıya bu yaxınlarda etdiyi səfərə həsr olunmuş paylaşımında yazıb.

"Prezident İlham Əliyevlə bizi 20 ildən artıq şəxsi dostluq və Ukrayna ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üzrə birgə iş birləşdirir. Dostluğumuza dəyər verirəm və əminəm ki: Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da birgə işlərdə öz əksini tapacaq", - o vurğulayıb.

Sabiq prezident qeyd edib ki, onun Azərbaycan xalqı ilə dostluq dövrü 1989-cu ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başlayıb.

Yuşşenko əlavə edib ki, bu işin mühüm nəticəsi iki ölkə arasında strateji tərəfdaşlığın rəsmən təsbit edilməsi olub. O xatırladıb ki, 2008-ci il mayın 22-də İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Bakı ilə Kiyev arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

"Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyən etdi və onların gələcək inkişafı üçün möhkəm təməl qoydu. Hazırkı görüşdə biz ölkələrimizin bugünü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və komandalarımızın hazırlanması üzərində işi davam etdirəcəyi konkret layihələr haqqında danışdıq", - Yuşşenko yazıb.

NEWS FEED
18 AUGUST 2026
Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 All News