Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi
18.08.2026 17:53 Xarici siyasət

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib.

TodayPress TV Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir ki, Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb.

Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

Bundan başqa, Yuşenko "Suraxanı" gəmi-muzeyində olub və orada Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində yaradılmış Ukrayna audio və video irsi ilə tanış olub.

Yuşenko həmçinin Bakıdakı Ukrayna Mərkəzində "Müharibə obyektivin gözü ilə" adlı foto-sərginin açılışında iştirak edib. Ekspozisiya Azərbaycan Fotoqrafları Birliyi ilə birlikdə hazırlanıb.

Diplomat xatırladıb ki, 2022-ci ildə Ukraynada səfərdə olan azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əziz Kərimov Rusiya zərbələrinin nəticələrini və ukraynalıların müharibə dövründəki həyatını lentə alıblar.

Qusev həmçinin xatırladıb ki, səfər çərçivəsində Viktor Yuşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutub.

"Tərəflər regionda və dünyada mövcud vəziyyəti, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi yollarını, həmçinin ticari-iqtisadi və humanitar təşəbbüsləri müzakirə ediblər", - səfir yazıb və Yuşenkonun Bakı səfərinin artıq başa çatdığını əlavə edib.

Bununla yanaşı, Qusev vurğulayıb ki, Ukrayna Azərbaycan rəhbərliyi və xalqnın dəstəyini yüksək qiymətləndirir və iki dövlət arasında dostluq və tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsində maraqlıdır.

XƏBƏR LENTİ
18 AVQUST 2026
19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Bütün Xəbərlər