Slovakiya Prezidenti Bakıya böyük planlarla gəlir

Slovakiya Prezidenti Bakıya böyük planlarla gəlir
13.07.2026 18:24 Xarici siyasət

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərinə ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır.

TodayPress TV xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində bildirib.

"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir", - o yazıb.

Peter Pelleqrini bildirib ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək.

Qeyd edək ki, iyulun 13-də Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində energetika, ticarət, nəqliyyat, texnologiyalar sahələrində əməkdaşlığın inkişafı və Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpası layihələrində iştirakı məsələlərinə dair danışıqların aparılması planlaşdırılır. Həmçinin Bakıda Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.

NEWS FEED
13 JULY 2026
İran Rusiya ilə “yeni səhifə açır” 20:35 AKINCI havada Çin istehsalı PUA-nı raketlə vurdu - VİDEO 20:30 Zelenski Makronu belə mükafatlandırdı 20:24 Dəniz blokadası saatlar sonra qüvvəyə minə bilər 19:57 Fransada ən çox danışılan “istefa”: Makron eynəyindən ayrıldı 19:51 Putinin masasına yeni “paket” gəlir 19:46 ABŞ-dən İLK: Müharibədə yeni silahdan istifadə olundu - VİDEO 19:41 Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? - Paşinyandan rezonans doğuran XƏBƏR 19:26 Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var 19:15 ABŞ İranın “nəfəsini kəsir” - YENİ MƏHDUDİYYƏTLƏR 19:06 İsrail erməniləri məyus edəcək qərar verdi 18:57 İranın keçmiş prezidentinin Mossad rəhbəri ilə gizli görüşünün DETALLARI 18:44 Hikmət Hacıyev D-8-lə bağlı yeni mərhələni elan etdi 18:26 Slovakiya Prezidenti Bakıya böyük planlarla gəlir 18:20 Putin: “Rəqib bunu hiss edəcək” 18:14 İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı HƏDƏLƏDİ 18:08 MM-in növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlandı 17:52 Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı 17:32 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 All News