Prezident İlham Əliyev Donald Trampı təbrik etdi

Prezident İlham Əliyev Donald Trampı təbrik etdi
04.07.2026 10:32 Xarici siyasət

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".



XƏBƏR LENTİ
04 IYUL 2026
Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək 13:08 Gürcüstanda vəhşicəsinə öldürülən qadın haqqında yeni detallar ortaya çıxdı 13:00 Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir? 12:47 Moskvaya kütləvi dron hücumu 12:31 Tehranın ən dağıdıcı silahı - Dünya iflic ola bilər 12:21 Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? 11:55 DÇ-2026: Messi yenidən zirvədə yerini aldı 11:46 Yasamalda 16 yaşlı yeniyetmənin öldüyü partlayışdan GÖRÜNTÜLƏR 11:37 Rusiya Bakıda həbsdə olan vətəndaşlarını bu azərbaycanlı ilə dəyişmək istəyir 11:28 Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib 11:13 Xameneinin yasında Trampa süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı 11:08 Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 10:46 Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar 10:35 Başına dəmir düşən kişi öldü 10:29 Prezident İlham Əliyev Donald Trampı təbrik etdi 10:32 "Rusiya ilə artıq düşmənik" - Böyük dalğa gəlir... 10:14 Kolumbiya qapısına "qıfıl vurub": Qana keçə bilmədi, növbədə İsveçrədir 09:59 Azərbaycan XİN ABŞ-ni təbrik etdi 09:52 Tramp İrana "yası yola vermək üçün" bir həftəlik icazə verdi 09:47 Qara qızılın qiyməti qalxdı 09:39 Qlobal bazarda yaşıl dalğa: Texnologiya sektoru Nasdaq-ı aşağı çəkdi 09:35 Ötən gecə Rusiya üçün hərarətli keçdi - bir -birinin ardınca PUA hücumları - VİDEO 09:26 Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi 09:11 Səyahətə gedənlərin DİQQƏTİNƏ: Xaricdə pul itirməməyin yolları 00:26 Qəhvəyə alternativ 6 İÇKİ 00:19 Bütün Xəbərlər