Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq"

Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq"
05.08.2026 09:33 Xarici siyasət

Bakı regional məsələlərdə Türkiyə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir və Ankaranın iştirak etmədiyi heç bir platformada yer almayacaq.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Haber Global"a müsahibəsində vurğulayıb. 

Hikmət Hacıyev İran ətrafındakı gərginliyin yaxın vaxtlarda aradan qalxmasının çətin göründüyünü deyib.

Onun sözlərinə görə, Azərbaycan İranın sabitliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda sərhədin o tayında yaşayan soydaşların vəziyyətini xüsusi həssaslıqla izləyir.

"Türkiyənin iştirak etmədiyi heç bir masada olmayacağıq. Ankara ilə 24/7 açıq məsləhətləşmə və dialoq xəttimiz var. İranda yaşayan mülki şəxslər və türk əsilli insanlarla bağlı da Ankaradan müstəqil hərəkət etmirik", – deyə o bildirib.

Prezidentin köməkçisi, həmçinin Azərbaycan–İsrail münasibətlərinin Türkiyənin maraqlarına zidd istiqamətdə inkişaf etməyəcəyini vurğulayıb. O, Azərbaycanda İsrail hərbi bazalarının yerləşməsi və Bakının İsrail üçün "xilasedici xətt" olması ilə bağlı iddiaları dezinformasiya adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan Qəzzaya humanitar yardım göstərməyə davam edir, Ramallahda nümayəndəliyini saxlayır və Fələstinlə bağlı sosial layihələri dəstəkləyir. Hacıyev iki dövlətli həll modelinin Bakının dəyişməz mövqeyi olduğunu qeyd edib.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan regionda gərginliyin qarşısının alınması istiqamətində də vasitəçilik təşəbbüslərində iştirak edir və bu çərçivədə İsrail və Suriya nümayəndələri arasında Bakıda keçirilmiş görüşü mühüm addım kimi qiymətləndirib.

Rəsmi Zəngəzur dəhlizi ilə bağlı prosesin yekun mərhələyə çatdığını bildirərək qeyd edib ki, dəhliz üzrə vəziyyətin bu yay daha da aydınlaşacağı gözlənilir.

O, Türk Dövlətləri Təşkilatının iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığının gücləndiyini, Qarabağda isə minaların təmizlənməsi işlərinin uzun illər davam edə biləcəyini vurğulayıb.

Jalə Rövşən 

NEWS FEED
05 AUGUST 2026
“Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu 09:14 “Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım 09:00 Vinisiusdan iddialı mesaj: Mövsümə tam hazır olacağıq! 08:58 All News