MM "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya etdi

MM "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya etdi
17.10.2025 12:05 Xarici siyasət

Milli Məclis Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında imzalanmış "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında sazişin layihəsi müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bağlanmış Saziş 9 iyul 2025-ci il tarixində Əbu-Dabi şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki ölkə arasında ticarət və investisiya münasibətlərini genişləndirmək, ticarət maneələrini azaltmaq, qarşılıqlı İqtisadi əməkdaşlığı gücləndirmək və uzunmüddətli, sabit hüquqi çərçivə yaratmaqdır.

Saziş ümumilikdə 18 fəsildən və bir sıra əlavələrdən ibarətdir. Onun strukturu və məzmunu müasir azad ticarət və hərtərəfli iqtisadi tərəfdaşlıq anlaşmalarına uyğun hazırlanıb.

Sazişdə malların və xidmətlərin ticareti, investisiyalar, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmalan, rəqəmsal ticarət, əqli mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mübahisələrin həlli mexanizmləri və yekun müddəalarla bağlı əhatəli razılaşmalar öz əksini tapıb.

Bildirilib ki, sazişin müddəalarına əsasən, tərəflər arasında gömrük rüsumlarının azaldılması və ya aradan qaldırılması, malların mənşəyinin müəyyən edilməsi, ticarət prosedurlarının asanlaşdırılması, texniki və sanitar-fitosanitar qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Xidmət sektorunda şəffaflıq, bazara çıxış və bərabər rəqabət imkanları təmin edilir. Eyni zamanda, investisiyaların qorunması və təşviqi, rəqəmsal ticarətin inkişafı, dövlət satınalmalarında qarşılıqlı bazara çıxış və ayrı-seçkiliyin aradan qaldırılması kimi məsələlər də tənzimlənir.

Saziş əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də müasir beynəlxalq standartlara uyğun müddəaları özündə birləşdirir. Milli təhlükəsizlik, vergi məsələləri və beynəlxalq normalara uyğun istisnalar, həmçinin tərəflər arasında yarana biləcək mübahisələrin məsləhətləşmələr və xüsusi panel prosedurları vasitəsilə həlli mexanizmləri də sənəddə ayrıca nəzərdə tutulmuşdur. Prosedur qaydaları və panelistlərin davranış kodeksi əlavələrdə verilib.

Sənədə əsasən, saziş müddətsiz bağlanıb. Hər hansı tərəf müqaviləyə xitam vermək istədikdə, qarşı tərəfə bu barədə 80 gün əvvəl yazılı bildiriş göndərməlidir. Saziş tərəflərin daxili hüquqi prosedurları başa çatdıqdan sonra qüvvəyə minir. Sənəd Azərbaycan, ərəb və ingilis dillərində tərtib edilmişdir və bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Fərqlilik yarandıqda ingilis dili versiyası əsas götürülür.

Qeyd olunub ki, Azərbaycanla BƏƏ arasında imzalanmış saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müasir beynəlxalq standartlara uyğun, əhatəli hüquqi baza yaradır. Sazişin ratifikasiyası ticarət ve investisiya əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi fəaliyyətin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Bütün Xəbərlər