Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı
04.08.2026 12:01 Xarici siyasət

İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat etdi. Çünki qardaş Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə “qırmızı xət”dir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.

“Bu məsələ ortaya çıxan kimi cənab Prezidentin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başladı. İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”, - Hikmət Hacıyev vurğulayıb.

O qeyd edib ki, Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var.

“Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik”, - Hikmət Hacıyev əlavə edib.

Qeyd edək ki, İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb. Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarıb.

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 All News