Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ

Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ
04.08.2026 12:35 Xarici siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli gündəliyi, İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetləri, Azərbaycan–ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, həmçinin regiondakı postmünaqişə vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesi müzakirə olunub.

Nazirlər qeyd ediblər ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Bu əlamətdar tarix son üç onillik yarım ərzində formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət kimi qiymətləndirilib.

Tərəflər yüksək səviyyəli təmasların və xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan, cari ilin aprel ayında Bakıda keçirilmiş son siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub və bu mexanizmin müntəzəm əsasda davam etdirilməsinin önəmi diqqətə çatdırılıb.

Müzakirələr zamanı Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti vasitəsilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.

Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu çərçivədə, "SOCAR Energy" şirkətinin İsveçrədəki uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.

Nazirlər, həmçinin insanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər.

Görüşdə İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetlərinə xüsusi diqqət yetirilib. Azərbaycan sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik istiqamətlərinə verdiyi önəmi alqışlayaraq, bu sahələrin müasir çağırışların aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.

Nazir Ceyhun Bayramov bildirib ki, ATƏT məkanında təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyi şəraitdə təşkilat öz aktuallığını və regional təhlükəsizlik məsələlərinin həllində rolunu qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, Azərbaycanın iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyi dəstəklədiyini bir daha təsdiqləyib.

Azərbaycan–Ermənistan normallaşma prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki sülh şəraiti və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumat verib. O bildirib ki, ikitərəfli formatda əldə olunan irəliləyiş bu yanaşmanın effektivliyini bir daha nümayiş etdirir.

ATƏT-lə əməkdaşlıq məsələsinə dair nazir Ceyhun Bayramov Azərbaycanın təşkilatın müvafiq təcrübəyə malik olduğu və əlavə dəyər yarada biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.

Nazir, həmçinin Azərbaycanın ərazilərinin mina və digər partlayıcı müharibə qalıqları ilə geniş şəkildə çirkləndirildiyini ölkənin ən ciddi humanitar problemlərindən biri kimi qiymətləndirib. O, bu problemin həlli istiqamətində ATƏT-in öz mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini qeyd edib.

Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən proseslər, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

***

11:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis arasında təkbətək görüş başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-İsveçrə arasında ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəmdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunması nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Bütün Xəbərlər