Azərbaycan bizə dedi ki, nə ABŞ, nə də İsrail ərazimizdən sizə qarşı istifadə edə bilməz – İranın “gizli gücü” danışdı

Azərbaycan bizə dedi ki, nə ABŞ, nə də İsrail ərazimizdən sizə qarşı istifadə edə bilməz – İranın “gizli gücü” danışdı
20.07.2026 16:20 Xarici siyasət

İranın Ali rəhbərinin baş ali müşaviri, general Yəhya Rəhim Səfəvi regionda cərəyan edən hərbi-siyasi böhranlar və pərdəarxası proseslərə dair maraqlı açıqlamalar verib.

TodayPress TV xəbər verir ki, Səfəvinin bəyanatlarında ən diqqətçəkən məqamlardan biri region ölkələri, xüsusilə Azərbaycan və Türkiyə ilə yaşanan "dron insidenti" və ondan sonrakı yüksək səviyyəli hərbi-diplomatik təmaslardır.

Onun  sözlərinə görə, bu insident tərəflər arasında kəskin eskalasiya riski yaratsa da, dərhal işə düşən birbaşa kommunikasiya kanalları böhranın böyümədən idarə olunmasını təmin edib.

İranlı general hadisəni regional sabitliyi pozmağa yönəlmiş "açıq təxribat" kimi qiymətləndirdiyini və daxildə dərhal araşdırma əmri verdiyini bildirsə də, diplomatik müstəvidə həm Bakı, həm də Ankara ilə qırmızı xətləri yenidən cızdıqlarını gizlətmir.

Tehran rəsmisi hədəflərində qonşu dövlətlərin durmadığını açıq şəkildə bəyan etsə də, bu ölkələrin ərazilərindən ABŞ və İsrail kimi kənar güclərin İrana qarşı plasdarm kimi istifadə etməsinə dözümlülük nümayiş etdirməyəcəklərini və belə bir halda həmin nöqtələri hədəf alacaqlarını kəskin şəkildə tərəfdaşlarına çatdırıb.

Həm Azərbaycan, həm də Türkiyə regional neytrallıqlarını və suveren təhlükəsizlik prinsiplərini qətiyyətlə qoruduqlarını nümayiş etdiriblər.

Yəhya Rəhim Səfəvi qeyd edir ki, rəsmi Bakı öz ərazisində ABŞ və ya İsrailə məxsus hər hansı bir xarici hərbi bazanın mövcudluğunu qəti şəkildə təkzib edərək, üçüncü tərəflərin oyunlarına alət olmayacağını rəsmən diqqətə çatdırıb.

Eyni zamanda Türkiyə tərəfi də İncirlik hərbi bazasının İrana qarşı hər hansı bir əməliyyatda istifadə edilməyəcəyinə dair Tehrana aydın və birbaşa təminat verib.

Generalın bu bəyanatları sübut edir ki, kənar qüvvələrin regionda gərginliyi artırmaq və qonşu dövlətləri üz-üzə qoymaq cəhdlərinə baxmayaraq, Bakı, Ankara və Tehran arasında qurulan rasional təmas mexanizmi potensial hərbi qarşıdurmaların qarşısını almaqda hələ də əsas təhlükəsizlik sipəridir.  

Jalə Rövşən 

NEWS FEED
21 JULY 2026
Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olundu 15:34 Yeni deportasiya əsasları təsdiqləndi: Əmrə tabe olmayan miqrantlar... 15:12 Klinika rəhbəri “Baku TV” əməkdaşlarına hücum etdi - VİDEO 15:06 İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək? 15:03 İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirildi - YENİLƏNDİ 14:27 “İmişli” “Qarabağ”ı darmadağın etdi 15:00 Kəlbəcərdə mina hadisəsi baş verdi 14:53 İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma 14:32 Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirildi - VİDEO 14:27 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 13:02 Xəstəxananın zirzəmisində ölü döl tapılması barədə məlumatlar araşdırılır - YENİLƏNDİ 14:11 Rusiya Zaporojyeni "alovlara" qərq etdi: Ölənlər var - VİDEO 13:55 Xəzər boğulan İranı necə xilas edir - Şifrələr açılır 13:40 Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr 13:34 "Qəbələ" nigeriyalı futbolçu ilə anlaşdı 13:23 Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 "Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 BMT Ermənistanı biabır etdi - Həbslərə görə hesabat istədi 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 All News