Xəstəxananın zirzəmisində ölü döl tapılması barədə məlumatlar araşdırılır - YENİLƏNDİ
Sosial media səhifələrində “Vital Hospital”la yayılmış məlumatlarla bağlı araşdırma aparılır.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
***
11:24
Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:
"Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb".