İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma

İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma
21.07.2026 14:32 Təhlil

Regionda vəziyyət kəskinləşir. İran ABŞ-la müharibəyə cəlb edildiyi tarixdən etibarən diplomatiya və müharibə arasında var-gəl edir, ərazisi bombalanır. Lakin eksistensial təhlükə adı altında hibrid qaydada savaşı sürdürə bilir. Amerikanın müttəfiqi olan, İsrail ətrafındakı çətirdə yer alan ərəb ölkələri bütün formaları ilə müharibənin bədəlini ödəməyə davam edirlər.

Tramp İranla qısamüddətli müzakirə dövründə ortaq məxrəcin tapılmadığını və SEPAH-ın Hörmüz də daxil digər zonalardakı fəaliyyətini əsas götürərək razılaşma üçün böyük problem olduğunu dilə gətirdi. Artıq İran – ABŞ savaşı özünün ikinci, mümkün ehtimalla həlledici nöqtəsinə qədəm qoyub. Proses özünün tam istiqamətləri ilə davam edir. Silahlarla yanaşı, əks-kəşfiyyat, diplomatiya trafiki, kiber qarşıdurmalar sərhədləri aşıb. 

Qonşu dövlətlərin müharibədən qaçmaq və özünü sığortalama cəhdləri başadüşüləndir və bu xüsusda Azərbaycan ətrafında formalaşan buludun dağılması daha çox arzuediləndir. Çünki qlobal erməni lobbisi, Rusiya və Avropadakı müəyyən güclərin birləşdiyi amansız cəbhə ölkəmizi davam edən savaşa adaptə etməyə çoxdan cəhd etməkdədirlər. Lakin ölkə rəhbərinin, diplomatiyamızın sərvaxt fəaliyyətinin bəhrələri dövlətimizi bu dağıdıcı prosesdən kənarda saxlamağa nail olub.

Amma vacib bir müşahidə ağıllarda elə vacib də sualı doğurmaqdadır:

İran müharibənin ən qızğın dövrü də daxil olmaqla, başına bombalar yağdığı dönəmdə belə sosial şəbəkələrdə fəaliyyət göstərən Azərbaycan əleyhinə səhifələrdə bir an da olsa fasilə verməyib və demək olar ki, hər gün yeni bir ittiham ipucu və ya müəyyən məsələləri yeniləmə “peşində” olmaqda davam edirlər.

İlk məsələyə baxaq: Azərbaycan Araşdırma Mərkəzi adlı beyin mərkəzinin əsas fəaliyyəti tədqiqatlar aparmaq, kitablar çap etmək və hesabatlar hazırlamaqdır və xüsusilə Orxan Məmmədova bağlı olması SEPAH izini ortaya qoyur. Bir növ 2016-cı ildə Azərbaycanda Kərimə dövləti yaratmaq üçün quraşdırılan “Hüseyniyyun” terrror qruplaşmasının nəzarətindədir.

İkinci kod söz – səfəvilərdir - Səfəvilər dövlətinin əsasını qoyan qızılbaş tayfalarının (Şamlı, Rumlu, Ustaclı, Əfşar, Qacar və s.) türk mənşəli olması, dövlətin rəsmi və ordu dilinin türk dili olması və Şah İsmayılın türk dilində divan yazması faktları kənara qoyulur. Səfəvi imperiyası tamamilə bir fars-İran dövləti, Şah İsmayıl isə "İranın milli qəhrəmanı" kimi təqdim edilərək türklərin bu coğrafiyadakı minillik dövlətçilik irsi mənimsənilir.


Səfəvilərin şiəliyi rəsmi məzhəb etməsindən istifadə edən müasir İran teokratiyası, İrandakı Azərbaycan türklərini coğrafiyanın digər sünni və dünyəvi türk xalqlarından (Türkiyə, Mərkəzi Asiya) ayırmaq üçün dini-ideoloji bir divar kimi istifadə edir. "Siz şiəsiniz, fərqlisiniz" təbliğatı ilə İrandakı türklərin milli kimlik şüurunun oyanmasının qarşısı alınır. : Osmanlı-Səfəvi müharibələri müasir siyasi maraqlar naminə daim gündəmdə saxlanılır. Türkiyə və Azərbaycanın bu gün qurduğu strateji müttəfiqlik, İran tərəfindən "tarixi qisasçılıq" və ya "pan-türkizm təhlükəsi" kimi qələmə verilərək, Səfəvi-Osmanlı savaşı ritorikası ilə manipulyasiya edilir.

Üçüncü mərhələdə Qurani – Kərimin ayələrini elə bir yolla özəlləşdirirlər ki, oxuyan adam faktiki olaraq onların Xamaneiyə aid olduğu qənaətinə qapıla bilər: manipulyasiyaya baxaq:

“Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru üçün "Fəth" surəsinin, "Səhifeyi-Səccadiyyənin 14-cü duasının" və "Təvəssül" duasının oxunmasını tövsiyə etmişdir”. Göründüyü kimi, unikal söz oyununa baş vurublar.

Dördüncü mərhələ: Süni intellekt əsl fars ideoloji təsəvvürünün sərhədləri aşmış alətinə dönüb, yer – göy qızarır,buludların arasında atını minmiş, qılıncı ildırımların alovunda parlayan 120ci imam zühur edir, qan dünyanı götürür və milyonlarıa əbabil quşu uçan PUA-lara dönüb qiyamət günündə haqq-hesab tələb edir. 

"Qüdrət və Xaos" panoramik təsviri kimi...


Beşincisi, silah adları 

ABŞ-ın regiondakı mövqelərinə qarşı həyata keçirilən “Nəsr 2” əməliyyatının 21-ci və 22-ci hücum dalğaları zamanı dəqiq və taktiki zərbələrdə istifadə olunan bərk yanacaqlı “Xeybərşikan”, “Fateh-110”, “Zülfüqar” və maye yanacaqlı “İmad” raketlərinin buraxılış anlarını əks etdirən görüntülər yayılıb. Amma əsas maraqlı məsələ görüntü deyil, silahların adlarıdır. Məsələn, “Xeybərşikan” (Xeybər fəth edən): İslam tarixində Həzrəti Əlinin yəhudilərin Xeybər qalasını fəth etməsinə istinad edir. Bu ad vasitəsilə ABŞ və İsrailə qarşı aparılan müharibə rəsmi mediada modern bir "Xeybər döyüşü" və müqəddəs cihad kimi qələmə verilir. “Zülfüqar”: Həzrəti Əlinin ikihaçalı məşhur qılıncının adıdır. "Zülfüqar" raketinin buraxılış görüntüləri "şərin və zalımların başını kəsən ilahi ədalət qılıncı" kimi vizuallaşdırılaraq dindar kütlələrin emosiyaları manipulyasiya edilir. “Fateh” (Fəth edən) və “İmad”: Bu adlar həm islamın fəth siyasətinə, həm də Livan Hizbullahının sui-qəsdlə öldürülmüş hərbi lideri İmad Muğniyəyə ithaf olunur. Bununla proksi qüvvələrə "şəhidlərin qisası alınır" mesajı verilir.

Altıncısı, həştəqlərlə hücum.

Bütün İrana aid sosial şəbəkələrdə post sonlarında qəribə-qəribə həştəqlər qoyulur: 

#Müqavimət_Cəbhəsi

#Epşteyn_Alyansı

#Haqqla_Batilin_Müharibəsi

İran dövlət yönümlü kiber-ordularının (trol şəbəkələrinin) sosial şəbəkələrdə kütləvi şəkildə istifadə etdiyi bu həştəqlər, rəsmi Tehranın rəqəmsal psixoloji müharibə və qlobal manipulyasiya strategiyasının bir hissəsidir. İlk baxışda bir-biri ilə əlaqəsiz görünən bu ifadələrin hər birinin arxasında xüsusi hədəf kütləsi və strateji məqsəd dayanır.

#Müqavimət_Cəbhəsi (Cəbhe-ye Moqavemat)

Bu həştəq İranın Yaxın Şərqdəki hərbi və ideoloji şəbəkəsini (Livan Hizbullahı, Yəmən husiləri, İraq şiə qruplaşmaları və Həmas) simvolizə edir.

Regiondakı bütün İranpərəst silahlı qrupların vahid bir mərkəzdən idarə olunduğunu göstərmək, daxili və regional tərəfdarlara motivasiya vermək və rejim əleyhdarlarına "biz hər yerdəyik" mesajı ilə qorxu aşılamaqdır.

#Haqqla_Batilin_Müharibəsi (Cəng-e Həqq və Batil)Bu həştəq birbaşa dindar kütlələrin dini emosiyalarını hədəf alan, Kərbəla hadisəsinə və şiə teologiyasına əsaslanan dini-ideoloji şüardır. İran rejimi apardığı bütün geosiyasi rəqabətləri, o cümlədən Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş təxribatlarını sıravi siyasi münaqişə kimi deyil, "İlahi Haqq (İran və müttəfiqləri)" ilə "Mütləq Şər/Batil (ABŞ, İsrail və onların dünyəvi müttəfiqləri)" arasında gedən müqəddəs bir apokaliptik savaş kimi təqdim edir. Bununla öz daxili kütləsini və xarici tərəfdarlarını kor-koranə itaətə sövq edir.

Yeddincisi, “Artıq 340 gündür ki, sionist Əliyev rejimi inanclı xanımları həbsdə saxlayır”. Cümləsi və ardınca da bir yığın həştəq. 

#Həbs_edilən_xanımların_çağırışı

#Həl_min_nasirin_yənsuruni

#Mənə_kömək_edəcək_biri_varmı

#ŞəhlaXanımaAzadlıq

#AytənXanımaAzadlıq

#NigarXanımaAzadlıq

#ŞərqiyyəXanımaAzadlıq

#XoşqədəmXanımaAzadlıq

#ArzuXanımaAzadlıq

Dayanmadan "Sionist Əliyev rejimi" ifadəsi ilə düşmən obrazı yaratmaq. İran təbliğat maşını Azərbaycan ilə İsrail arasındakı hərbi, iqtisadi və strateji müttəfiqliyi özü üçün ən böyük regional təhlükə hesab edir. Azərbaycan dövlət rəhbərliyini "sionist" adlandırmaqla dindar və anti-İsrail əhvallı kütlələrin nəzərində hakimiyyəti tamamilə qeyri-legitim göstərməyə çalışırlar.

Kampaniyada konkret qadın adlarının (#ŞəhlaXanımaAzadlıq, #AytənXanımaAzadlıq və s.) qabardılması və "340 gündür həbsdədir" kimi zaman kəsiminin vurğulanması cəmiyyətdə emosional pik nöqtəsi yaratmaq üçündür. Dövlətin qanunsuz dini fəaliyyətə, casusluq şəbəkələrinə və ya dövlət çevrilişinə cəhdə qarşı keçirdiyi hüquqi əməliyyatları İran "namusa və inanca təcavüz" kimi təqdim edərək radikal kütlələri aqressiv addımlara sövq edir. Həştəqlər arasında yer alan #Həl_min_nasirin_yənsuruni (ərəbcə: “Mənə kömək edəcək bir yardımçı varmı?”) ifadəsi şiə teologiyasında ən ağır və dramatik şüardır. Bu, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olmazdan əvvəl etdiyi son çağırışdır.

Bu şüarı daxili siyasi hadisələrə köçürməklə İran tərəfdarları dindarlara belə bir mesaj verir: "Bu gün Azərbaycandakı vəziyyət Kərbəla meydanıdır, həbsdəki xanımlar Əhli-beyt əsiridir, Azərbaycan dövləti Yezid rejimidir, siz isə İmam Hüseynin çağırışına səs verməli olan əsgərlərsiniz". Bu, birbaşa insanları qanunsuz itaətsizliyə və radikalizmə aparan teokratik manipulyasiyadır.

Postun sonundakı çoxsaylı həştəq yığını (məsələn, #Həbs_edilən_xanımların_çağırışı, #Mənə_kömək_edəcək_biri_varmı) real insanların yazı üslubu deyil.

Bu şəbəkə, İranın SEPAH-a bağlı kiber-trol bölmələrinin və Sİ (Süni İntellekt) botlarının sosial şəbəkələrdə (X, Telegram, TikTok) trend yaratmaq taktikasıdır. Eyni mətni və həştəqləri minlərlə saxta profil eyni anda paylaşaraq Azərbaycan seqmentində alqoritmləri aldadır və bu mövzunu süni şəkildə gündəmə daşıyır.


Göründüyü kimi, İran xüsusi xidmət orqanları tam şəkildə, ölkədə müharibə aparılmasına baxmayaraq, Azərbaycanın səmimi qonşuluq niyyətinə və ən gərgin günlərdə humanitar dəhliz açıb, ölkələrini aclıqdan xilas etməsinə baxmayaraq, Azərbaycana dair virtual hücumlarını əvvəlkindən daha şiddətli formada davam etdirirlər.

Ölkəmizin vacib qurumları, xüsusi xidmət orqanları din pərdəsinə bürünmüş şəxslərin, təxribatçıların ifşası istiqamətində mütəmadi çalışmaqdadırlar.

Yaxşı olardı ki, müəyyən üsullarla bu kanalların və onların ölkəmizdəki təbliğatçlılarının ictimai yolla ifşa edilmələri təşkil olunardı.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

FOTOLAR

İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Bütün Xəbərlər