ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır

ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır
04.08.2026 13:33 Xarici siyasət

İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır və davamlı sülhün artıq əlçatan olduğuna inanır.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

İqnasio Kassis bildirib ki, sülh sazişinin paraflanmasından təxminən bir il sonra tərəflər yekun razılaşmanın imzalanmasına çox yaxınlaşıblar.

“İsveçrə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır. Sülh sazişinin paraflanmasından təxminən bir il sonra davamlı sülh artıq əlçatandır. Biz İsveçrə olaraq bu yolda atılan addımlara kiçik də olsa töhfə verməkdən qürur duyuruq. Azərbaycanlı həmkarımı razılaşmanın imzalanmasına imkan verəcək səyləri davam etdirməyə çağırıram. Bu hər iki ölkənin xalqları və bütövlükdə region üçün barışıq və sabitliyə aparan mühüm addım olacaq”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, İsveçrə tərəflərin müraciəti olduğu təqdirdə sülh prosesinə bundan sonra da dəstək verməyə hazırdır.

“İsveçrə ehtiyac yarandığı və tərəflər bunu istədiyi halda prosesi dəstəkləməyə hazırdır. Ölkəmizin Cənubi Qafqazda etimad quruculuğu sahəsində uzun illərə söykənən təcrübəsi var və biz bundan sonra da bu istiqamətdə töhfə verməyə hazırıq”, – deyə İqnasio Kassis əlavə edib.

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 All News