Türkiyənin cənnəti Tekirdağ

Türkiyənin cənnəti Tekirdağ
14.08.2025 15:07 Turizm

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir. Son illər dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə üz tutur. Əgər 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahısında Türkiyə turist sayına görə ilk 50 ölkə arasında idisə, bu gün artıq dünyanın ilk beşliyi sırasına yüksəlib. Bu uğurda müasir turizm obyektləri, xidmət sahəsi, qonaqpərvər insanlar və əlbəttə, ölkənin zəngin təbiəti mühüm rol oynayır.

TodayPress TV xəbər verir ki, Türkiyənin hər bölgəsi turizm üçün əlverişli olsa da, bu yazımızda “Türkiyənin cənnəti” adlandırılan Tekirdağ haqqında danışacağıq.

İstanbuldan cəmi 140 km məsafədə yerləşən Tekirdağ zəngin tarixi və təbiəti ilə turistləri valeh edir. Mərmərə dənizi sahilində yerləşən bu qədim Trakya şəhəri dağ və dəniz mənzərələri ilə xüsusi gözəlliyə sahibdir. Sahilboyu çimərliklər, parklar, çay bağları və yaşıl məkanlarla zəngin Tekirdağ həm də XVIII əsrə aid taxta evləri ilə diqqət çəkir.

Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi – Osmanlı memarlığını əks etdirən keçmiş qubernator köşkündə yerləşir. Muzeydə 25 mindən çox arxeoloji və etnoqrafik əsər sərgilənir. Burada eramızdan əvvəl IV əsrə aid nümunələr, Bizans və Osmanlı dövrünə məxsus əşyalar, geyimlər və əl işləri nümayiş olunur.

Rakoçzi Muzeyi – Türk-Macar dostluğunu simvolizə edən bu muzeydə 1700-cü illərdə Tekirdağda yaşamış Macarıstan şahzadəsi II Ferenc Rakoçzinin şəxsi əşyaları, sənədləri, məktubları və portretləri qorunur.

Rüstəm Paşa Məscidi – Memar Sinanın şah əsərlərindən biri olan məscid XVI əsrdə inşa edilib. Bir vaxtlar mədrəsə və digər tikililərlə birlikdə böyük kompleks təşkil edirdi.

Süleymaniyyə Məscidi (Çorlu) – XIV əsrdə Qanuni Sultan Süleymanın əmri ilə tikilmiş bu məscid Osmanlı memarlığının incəliklərini özündə əks etdirir.

Namık Kamal Evi – Məşhur şair, publisist və islahatçı Namık Kamalın xatirəsinə həsr olunmuş muzeydə Tekirdağın tarixinə aid fotoşəkillər və eksponatlar sərgilənir.

Hora Mayak (Şarköy) – 1860-cı ildə fransız mühəndislər tərəfindən inşa edilmiş mayak bu gün də Mərmərə dənizində gəmilərə yol göstərir.

Çorlu Qalası – Bizans dövrünə aid qala sonralar Osmanlılar tərəfindən də istifadə edilib. Ulaş Körpüsü və Kırkgöz Körpüsü – Osmanlı və Roma dövrlərindən qalan tarixi körpülərdir. Thzolus Antik Şəhəri – Tarixi eramızdan əvvəl 1000-ci ilə gedib çıxan bu qədim şəhər Roma, Bizans və Osmanlı hakimiyyətlərini görüb.

Tarixi Çorlu Evi – İki əsrlik tarixi olan taxta ev bu gün muzey kimi fəaliyyət göstərir. Melen Monastırı – VI əsrə aid bu qədim dini mərkəz vaxtilə şərab istehsalı ilə məşhur olub.

St. John Theologos Monastırı (Şarköy) – XIX əsrdə inşa edilmiş bu monastır müəyyən günlərdə dini ayinlərə ev sahibliyi edir.

Tekirdağ həm qədim tarixi, həm də gözəl təbiəti ilə Türkiyənin ən cazibədar bölgələrindən biridir. Bu şəhərə səyahət etsəniz, qədim sivilizasiyaların izləri ilə tanış olacaq, Osmanlı memarlığının gözəlliyini görəcək və unudulmaz bir tarixi-mədəni yolçuluq edəcəksiniz.

FOTOLAR

Türkiyənin cənnəti Tekirdağ — 1
Türkiyənin cənnəti Tekirdağ — 2
Türkiyənin cənnəti Tekirdağ — 3
Türkiyənin cənnəti Tekirdağ — 4
XƏBƏR LENTİ
07 AVQUST 2026
Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 Bütün Xəbərlər