İstanbul və Antalya dünyanın ilk 10-luğunda… - “Top 100 City Destinations Index 2025”

İstanbul və Antalya dünyanın ilk 10-luğunda… - “Top 100 City Destinations Index 2025”
08.12.2025 18:19 Turizm

Euromonitor International tərəfindən dərc edilən “Top 100 City Destinations Index 2025” hesabatına əsasən, İstanbul və Antalya, dünyanın ən çox xarici turist cəlb edən ilk 10 şəhəri sırasında yer alıb. 

TodayPress TV xəbər verir ki, hesabatda, Türkiyənin həm ziyarətçi sayına, həm də turizm cəlbediciliyinə görə qlobal liqada üst sıralarda mövqeyini qoruduğu bildirilir.

İstanbul, 19,7 milyon xarici turist ilə dünyanın 5-ci ən çox ziyarət edilən şəhəri, Antalya isə 18,6 milyon turist  ilə 8-ci sırada qərarlaşıb. Beləliklə, Türkiyə dünyada iki şəhəri ilə ilk 10-luqda yer alaraq turizm sahəsindəki təsirini daha da gücləndirib.

Hesabatda, Banqkok 30,3 milyon turist ilə siyahıya başçılıq edərkən, ilk dördlükdə Honq Konq, London və Makao da yer alır. Ancaq Türkiyənin əldə etdiyi nəticələr, xüsusilə Avropa və Aralıq dənizi regionlarında turizm həcminin sürətlə artması ilə diqqət çəkir.

İstanbulun qastronomiyadan mədəniyyət və incəsənət tədbirlərinə, beynəlxalq təşkilatların fəaliyyətindən rəqəmsal tanıtım effektlərinə qədər geniş bir sahədəki dinamizmi, Antalyanın isə mövsüm boyu yüksək tələbat görən turizm infrastrukturu, idman turizmi və dünya səviyyəli obyektləri bu yüksəlişi dəstəkləyib.

Euromonitor International-ın yayımladığı indekse əsasən, Türkiyə, 2025-ci ildə turizm sahəsində ən sürətli böyüyən ölkələr arasında yer alacaq. İstanbul və Antalyanın ilk 10-luqda yer alması, Türkiyənin mədəniyyət, tədbir və destinasiya idarəetmə siyasətlərinin beynəlxalq miqyasda yüksək reaksiya aldığını göstərir.

2025-ci ilin nəticələri ilə Türkiyə yalnız turist  sayını artırmaqla qalmayıb, həm də qlobal turizm rəqabətində sabit bir marka gücü yaratmağa müvəffəq olub. Bu, ölkənin turizm sahəsindəki nüfuzunun artması və dünya səviyyəsindəki mövqeyini möhkəmləndirməsi ilə nəticələnib.

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 All News