Venesuela sərhədində hərbi HƏYƏCAN: ABŞ Xüsusi Təyinatlıları hərəkətə Keçdi!

Venesuela sərhədində hərbi HƏYƏCAN: ABŞ Xüsusi Təyinatlıları hərəkətə Keçdi!
24.12.2025 14:44 Təhlil

ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər göndərib. Nyu-Meksiko, Fort-Stüart və Fort-Kempbell bazalarından CV-22 Osprey və C-17 tipli təyyarələrlə hərbi heyət və avadanlıq Puerto-Rikoya çatdırılıb.   


Maraqlıdır, bu addım Venesuela yaxınlığında gərginliyi  daha da artıra və real müharibə şəraitinə gətirib çıxara bilərmi?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq İlkin Məmmədkərimov bildirib ki, Maduro rejimi narkotik və silahlı qruplarla gəlir əldə edir:


"Venesuelada Maduro rejimi ticarət və narkotiklə məşğuldur. ABŞ və digər Latın Amerikası ölkələri bu narkotik vasitələrinin yayılmasından əziyyət çəkir. Maduro rejimi silahlı qruplaşmalar və narkotik kartelləri ilə əməkdaşlıq edərək gəlir əldə edir". 

O, qeyd edib ki, Tramp Maduro rejiminin ABŞ-yə təhlükə yaratmamasını tələb edir:

"Trampın tələbi odur ki, Maduro və rejimi amerikalıların kəndlərinə, şəhərlərinə zərər verə bilməz. ABŞ zərərlənməməlidir, çünki narkotik satışı və onun nəticəsində narkomaniyanın yayılması təhlükə yaradır. Bu səbəbdən ABŞ gəmilərə müdaxilə edir və zərərsizləşdirir".

Onun sözlərinə görə, hər keçən gün ABŞ-Venesuela müharibəsi riski artır. Hətta "NBC News" un məlumatına görə,  Birləşmiş Ştatlar Venesuelaya hərbi və enerji sahəsində hazırlıq aparır. Tramp isə deyir ki, ABŞ Maduro rejimini devirmək və silahlı qruplaşmaların fəaliyyətinə son qoymaq üçün addımlar atmağa hazırdır.

Analitik sonda əlavə edib ki, konkret olaraq Maduro rejiminin devrilməsi tələb edilir:

 "Latın Amerikasında narkomaniya yayılır və Maduro rejimi bu yolla varlanır. Tramp hökuməti isə öz vətəndaşlarını qorumaq, Amerika demokratiyasını müdafiə etmək məqsədilə bu vəziyyətə imkan verə bilməz. Eyni zamanda Venesuelada inflyasiya və işsizlik kritik səviyyədədir, xalq Maduro rejiminin getməsini istəyir. Tramp isə bildirir ki, Maduro ya istefa verməli, ya da güc yolu ilə devriləcək və bu, haqlı bir addımdır". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 All News