İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər

İran savaşı bölgəmizi necə dəyişdisə,  türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər
17.06.2026 16:06 Təhlil

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu yaxınlarda Azərbaycana gələcək.

İran ətrafında davam edən müharibə və Hörmüz boğazındakı qeyri-müəyyənlik fonunda Xəzər hövzəsi yenidən beynəlxalq diqqətin mərkəzinə çevrilib. Bakıda keçirilən Enerji Həftəsində müzakirə olunan layihələr – yaşıl enerji xətti, Orta Dəhliz və xüsusilə Trans-Xəzər Qaz Kəməri (TCP) – artıq uzun illərdir “kağız üzərində” qalan ideyadan real geosiyasi tələbatın cavabı funksiyasına keçid edib. 

İranla bağlı gərginliklər enerji daşımalarında ciddi risklər yaradıb. Neft və qaz tankerlərinin Hörmüzdən keçidi, cənub marşrutlarının etibarlılığı sual altına düşüb. Bu vəziyyət Avropa və Asiya ölkələrini alternativlər axtarmağa məcbur edir.

Məhz bu fonda Trans-Xəzər dəhlizləri – həm nəqliyyat, həm də enerji baxımından – ənənəvi marşrutlara “B planı” kimi önə çıxır. Rusiya-Ukrayna müharibəsi Şimali Dəhlizin problemlərini artıq ortaya qoymuşdu; indi isə cənub istiqamətindəki risklər Xəzəri mərkəzə gətirir.

TCP-nin potensialı və əhəmiyyəti sadədir. Türkmənistanın zəngin qaz ehtiyatlarını Xəzərin dibi ilə Azərbaycana, oradan isə Cənub Qaz Dəhlizi (TANAP və TAP vasitəsilə) ilə Avropaya çıxarmaq. Bu, Türkmənistan üçün yeni bazarlar, Azərbaycan üçün tranzit gəlirləri və Avropa üçün Rusiya və İrandan asılılığı azaldan rıçaqları deməkdir. Layihənin texniki və hüquqi əsasları da getdikcə möhkəmlənir. Xəzərin hüquqi statusu haqqında Konvensiya, “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmalar kimi addımlar maneələri  seyrəldib.  

Lakin  maliyyələşdirmə ən böyük problem sayılır. Kim ödəyəcək?  Avropa şirkətləri, Aİ, yoxsa region ölkələrinin öz resursları? Tikinti xərcləri, ekoloji risklər və Xəzərin dibi ilə boru çəkməyin texniki çətinlikləri layihəni illərlə ləngitdi.

Amma hazırkı geosiyasi şərait bu maneələri aradan qaldırmağa təkan verə bilər. Aİ ölkələrinin enerji təchizatında diversifikasiya istəyi, Türkiyənin regional rolunun artması və ABŞ-nin son vaxtlar göstərdiyi maraq (xüsusilə Senat səviyyəsində səslənən dəstək) yavaş-yavaş suları isidir. 

Türkmənistan Prezidentinin Bakıya gəlişi də məhz bu məsələdə yeni addımların atılacağını deməyə əsas verir.  İki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi, yeni sənədlərin imzalanması TCP kimi iri layihələrə siyasi iradə əlavə edə bilər.

Azərbaycan artıq infrastruktur baxımından hazır vəziyyətdədir – Səngəçal terminalı, mövcud boru xətləri və tranzit təcrübəsi bu birləşməni asanlaşdırır. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı ilə paralel gedən enerji layihələri regionu strateji enerji mərkəzinə çevirəcək.

Bakı Enerji Həftəsində səslənən müzakirələr təsadüfi deyildi. Region ölkələri krizi fürsətə çevirmək istəyirlər. Əgər TCP reallaşsa, Xəzəryanı əməkdaşlığın yeni səviyyəsi, Avropa bazarlarına çıxış və enerji təhlükəsizliyində real inkişaf  demək olacaq. 

Bunun  üçün maliyyə, vaxt və siyasi iradə lazımdır, amma indiki şərtlər son on ildə görünən ən münbit şəraiti  yaradıb. 

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Bütün Xəbərlər