5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu?

5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu?
23.06.2026 15:39 Təhlil

Azərbaycanda Qərbi Azərbaycan icmasının fəaliyyəti, deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının müdafiəsi və tarixi yaddaşın qorunması istiqamətində geniş tədbirlər keçirilir.  Ölkə daxilində keçirilən genişmiqyaslı mədəni-kütləvi tədbirlər  qayıdış ideologiyasının humanitar və hüquqi əsaslarını həm cəmiyyətimizə, həm də beynəlxalq müstəviyə çatdırmaq məqsədi daşıyır.

Bu istiqamətdə son mühüm tədbirlərdən  biri Göygölün Yeni Zod kəndində, “Xan yurdu” etno-kompleksində baş tutan “Qərbi Azərbaycanın irsi: tarixi köklərə qayıdış” festivalıdır.

Tədbirdə müasir Ermənistan ərazisində tamamilə silinməyə çalışılmış azərbaycanlı izlərinin, zəngin folklorun, geyimlərin və mədəni irsin yenidən canlandırılması təşkil olundu.  Festival çərçivəsində nümayiş olunan tarixi xəritələr və “İrəvan” idman klubunun rəmzi çıxışı keçmişin unudulmadığını və mənəvi haqların qorunduğunu nümayiş etdirdi. 

Bu Ermənistanda geniş ajiotaj doğurub. Erməni mətbuatı və analitik dairələri rəsmi Bakının bu humanitar narrativini özlərinə qarşı yönəlmiş ciddi siyasi-diplomatik təzyiq aləti kimi qiymətləndirirlər.

İrəvanda ciddi təşviş yaradan bu iddiaların heç bir real və ya hüquqi əsası yoxdur. Qərbi Azərbaycan İcmasının fəaliyyəti və keçirilən mədəni festivallar hər hansı bir ölkəyə qarşı hərbi və ya ərazi iddiası ola bilməz. Burada əsas hədəf XX əsrdə etnik təmizləməyə və deportasiyaya məruz qalmış yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarına təhlükəsiz, ləyaqətli və sülh yolu ilə qayıtmaq hüququnun təmin olunmasıdır.

Bu, beynəlxalq insan hüquqları konvensiyaları ilə qorunan fundamental humanitar haqdır.

Ermənistan tarixi reallıqla üzləşməkdən çəkinir, lakin qorxunun əcələ faydası yoxdur. Azərbaycanlılar öz tarixi yaşayış məskənlərinə qayıdacaqlar.

Jalə Rövşən

XƏBƏR LENTİ
23 IYUN 2026
PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı 15:49 5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Bütün Xəbərlər