Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR
02.06.2025 12:41 Təhlil

“Çinin 20 ölkənin dəstəyi ilə yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə alternativ olmayacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Beynəlxalq Ədalət Məhkəməsini münsif məhkəməsi adlandırıb:

“Onun qəbul etdiyi qərarların dövlətlər üçün məcburi qüvvəyə malik olması üçün mütləq üç şərtin mövcudluğu vacibdir. Birincisi, dövlətlər xüsusi bəyanat verərək məhkəmənin yurisdiksiyasını qəbul etməlidirlər. Hazırda belə dövlətlərin sayı 74-dür.   

İkincisi, mübahisə edən iki dövlət əvvəlcədən aralarında müqavilə bağlayaraq razılığa gəlməli və işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməlidirlər. Onlar bu zaman məhkəmənin qəbul edəcəyi qərarı əvvəlcədən legitim sayacaqlarını bəyan etməlidirlər.

Üçüncü hal isə heç bir razılıq olmadan baş verir. Məsələn, hazırda Ermənistanla Azərbaycan bir-birinə qarşı qarşılıqlı razılaşma olmadan şikayət veriblər. Lakin şikayət etdikləri “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanın 22-ci maddəsi göstərir ki, bu tip şikayətlər zamanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tərəflər üçün hüquqi əhəmiyyət kəsb edir”.

Ekspert düşünür ki, Çinin yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər: 

“Çinin təşəbbüsünü 20 dövlət dəstəkləyib, lakin bu, onların Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə biləcəyi anlamına gəlmir. Ümumilikdə, bu kimi arbitraj qurumları dünyada kifayət qədər mövcuddur. Məsələn, kommersiya xarakterli arbitrajlar geniş yayılıb və onların böyük nüfuzu var. Beynəlxalq kommersiya müqavilələrində bu arbitraj qurumları qeyd edilir ki, mübahisə yarandıqda tərəflər həmin arbitraja müraciət etsinlər və onun qərarı hüquqi qüvvəyə malik olsun. Bu təşəbbüs də həmin sıraya daxil ola bilər. Lakin elan edilib ki, bu yeni qurum bir çox hallarda Beynəlxalq Ədalət Məhkəməsi kimi funksiyaları da yerinə yetirəcək. Hər bir halda belə bir qurum yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər. Hesab etmirəm ki, o, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə bilər. Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin altı əsas orqanından biridir və onun Statutu BMT Nizamnaməsinin ayrılmaz tərkib hissəsi hesab olunur.  İstənilən dövlət BMT-yə qoşularkən ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna da qoşulmuş olur. Lakin bir daha xatırladıram ki, məhkəmənin yurisdiksiyasını qəbul etmək üçün əlavə bəyanat təqdim edilməlidir”.

Qeyd edək ki,  mediada yayılan məlumatlara görə, Çin 20 ölkənin dəstəyi ilə Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) yaradır. Təşkilatın mərkəzi Honq Konqda yerləşəcək və BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə rəqib kimi fəaliyyət göstərəcək.

Qiymət Mahir

FOTOLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər