Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir?

Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir?
04.07.2026 12:35 Təhlil

Türkiyənin Ermənistanla sərhəddə “Alican” (Marqara) nəzarət-buraxılış məntəqəsinin hazırlanması istiqamətində işləri sürətləndirdiyinə dair məlumatlar yayılıb. Ermənistan mediasında yayılan məlumata görə, Türkiyə tərəfi aktiv mühəndislik işlərinə başlayıb və nəzarət məntəqəsini inşa etməklə yanaşı, ərazi abadlaşdırılır, müşahidə kameraları quraşdırılır.

Maraqlıdır ki, xəbərə Ermənistan mediası, həmçinin, Türkiyədə fəaliyyət göstərən erməniyönümlü media – “Agos” qəzeti, “Ermənihaber” xüsusi diqqət ayırıb.

Türkiyə mediasının məsələni diqqətdə saxlamaması müəyyən şübhələrə yol açır: ya məlumat doğru, yaxud erməni mediasının təqdim etdiyi formada deyil; ya da qardaş ölkənin mediası “Alican” keçid məntəqəsində baş verənlərin ictimaiyyətləşməsində o qədər maraqlı deyil, çünki məsələ Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir və Türkiyənin Ermənistanla keçid məntəqəsini bərpa etməsi sərhədlərin açılmasına dair suallar yaradır;

İyulun 1-də Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbərliyi və bir qrup erməni iş adamının Türkiyəyə səfəri, sərhəd bölgələrində - Vanda, İğdırda görüşlər keçirməsi bu kontekstdə diqqət çəkir. Səfər “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək: transsərhəd əlaqələrin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının sədr müavini Artur Qazaryan Vanda bildirib ki, sentyabr ayında İrəvanda Türkiyə və Ermənistan iş adamlarının iştirakı ilə toplantı keçiriləcək. Qazaryanın “sentyabr ayındakı toplantıda iştirak edəcək türkiəli iş adamlarının “Alican” keçid məntəqəsindən qəbul etmək istəyirik, bu simvolik bir keçid olacaq, ilk keçidi də iş adamları edəcək” sözləri Türkiyənin Alican keçid məntəqəsini abadlaşdırdığı haqda məlumatlar fonunda maraqlıdır və sual yaradır: Ermənistan-Türkiyə sərhədi sentyabr ayında İrəvanda baş tutacaq toplantıya qədər açılacaq?

Bu detal Türkiyə mediasının Azərbaycan cəmiyyətində yarana biləcək narazılığa görə keçid məntəqəsinin abadlaşdırılması məsələsinə yer ayırmadığı variantı da ön plana çıxarır və şübhələri bir qədər də artırır.

Türkiyədə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın maraqlarını nəzərə almamağın və sərhədlərin tezliklə açılmasının tərəfdarları az da olsa, var. Bunu həm müxtəlif siyasi dairələrdə, həm də media resurslarında müşahidə edirik. Bu kontekstdə “Alican” keçid məntəqəsi ilə bağlı məlumatlar narahatlıq yaradır. Ermənistan isə hər zaman 1993-cü ildə Qarabağın işğalına görə bağlanan sərhədlərin Azərbaycanın maraqları nəzərə alınmadan açılmasına çalışıb. Bu məqsədlə Ankara və İrəvan arasında baş tutan “futbol diplomatiyası”, Sürix protokolları Azərbaycan ictimaiyyətinin etirazı ilə nəticə vermədi. Ermənistanın mövcud hakimiyyəti revanşistlərdən fərqli olaraq, sülhün tərəfdarı kimi çıxış etsə də, Türkiyə ilə sərhədlərin açılmasına yanaşma dəyişməyib və Paşinyan Qarabağın işğaldan azad edilməsindən sonra bu istiqamətdə cidd-cəhdlər edir. Ermənistanın Avropa İttifaqının maliyyə dəstəyi ilə “Marqara” (Alican) keçid məntəqəsini və məntəqəyə aparan yolları inşa etməsi də buna hesablanıb. Aİ-nin bu prosesə cəlb edilməsi Avropada hələ Sürix protokolları zamanı mövcud olan Ermənistanın “xilas edilməsi” planının bir hissəsidir, İrəvan isə keçid məntəqəsini inşa etməklə Ankaranı fakt qarşısında qoymaq və bölgəyə investisiya yatıran Qərb vasitəsilə Türkiyəyə təzyiq etmək gedişi etdi. Bu prosesin nəticəsində Türkiyə və Ermənistan “üçüncü ölkələrin keçidi” üzərində razılaşsalar da, praktiki müstəvidə heç bir addım atılmayıb. Çünki Türkiyə və Azərbaycan Ermənistanla sərhədin açılmasında ortaq mövqedən çıxış edirlər: Qarabağın işğalı dövründə İrəvan qarşısında irəli sürülən əsas tələb işğala son qoyulması idisə, torpaqlarımızın azad edilməsindən sonra bu, Bakı-İrəvan yekun sülh sazişinin imzalanmasıdır;

Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məsələdə Azərbaycanın qardaş-müttəfiq ölkədən istəyi dəyişməyib. Sərhədin yekun sülh sazişindən sonra açılması təkcə Bakının yox, Ankaranın da regional maraqlarına uyğundur.

Birincisi, sərhədin açılması Ermənistanı dalan vəziyyətindən çıxaracaq və bunun yekun sülh sazişi imzalanmadan öncə baş verməsi İrəvanı Bakı ilə danışıqlardan yayınmağa, yaxud danışıqların gündəliyini dəyişdirməyə, misal üçün, mövcud konstitusiyanın dəyişdirilməsini təxirə salmaq kimi, sövq edə bilər. Təcrübə də təsdiq edir ki, Ermənistan imkan yarandıqda sülh danışıqlarını manipulyasiya etməyə çalışır. Ermənistana belə bir fürsət verilməməlidir.

İkincisi, Türkiyənin Cənubi Qafqazdakı mövqeləri Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən və sülh gündəliyinin formalaşmasından sonra güclənib. Sərhədlərin açılması ilə Ermənistana nəfəsliyin verilməsi bölgədəki gündəliyə risklər yarada bilər ki, bu da Ankaranın regiondakı mövqelərini də təhlükə altına salır.

Üçüncüsü, yekun sülh sazişi imzalanmadan sərhədlərin açılması Avropanın Ermənistana coğrafi çıxışını təmin edəcək. Bu, Türkiyənin tranzitə çevrilməsi baxımından cəlbedici görünsə də, strateji olaraq risklidir. Çünki Avropanın Ermənistana çıxışı bu ölkə üzərindən Cənubi Qafqazda təsirini artacaq ki, nəticə etibarilə, Bakı və Ankaranın əlindən bölgədəki gündəliyin formalaşması imkanı çıxa bilər.

Dördüncüsü, Türkiyənin Azərbaycanın maraqlarını nəzərə almadan, Ermənistana “nəfəslik” verməsi Bakı-Ankara xəttində ikinci Sürix böhranı yarada bilər. Bu, nə Türkiyə və Azərbaycanın dövlət maraqlarına uyğundur, nə də “iki dövlətin bir milləti” tərəfindən qəbul edilməyəcək.

Bütün bunlar sərhədin açılması da daxil olmaqla, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Bakı-Ankara xəttində razılaşdırılmış formada həyata keçirilməsini strateji zərurətə çevirir.

Politoloq Asif Nərimanlı 

NEWS FEED
04 JULY 2026
Məşhur aparıcı avtomobil qəzası keçirdi 15:11 Azərbaycanlılar Gürcüstanda saxlanıldı 15:03 Məscidlərə gözü kor, dili lal olan Paris xristian təəssübkeşliyi çəkir? Bakıya qarşı açıq təxribat 14:44 Leysan suları İstanbulda həyatı iflic etdi 14:48 Sabah çimərliyə gedəcəksinizsə, bunu mütləq oxuyun 14:29 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - FOTOLAR 14:19 Yasamalda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ 14:01 Makronun xəyalı suya düşdü - Tehrandan Paris və Londona sərt xəbərdarlıq 13:51 Sabah hava necə olacaq? 13:23 Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək 13:08 Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə haqqında yeni detallar ortaya çıxdı 13:00 Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir? 12:47 Moskvaya kütləvi dron hücumu 12:31 Tehranın ən dağıdıcı silahı - Dünya iflic ola bilər 12:21 Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? 11:55 DÇ-2026: Messi yenidən zirvədə yerini aldı 11:46 Yasamalda 16 yaşlı yeniyetmənin öldüyü partlayışdan ƏN SON GÖRÜNTÜLƏR 11:37 Rusiya Bakıda həbsdə olan vətəndaşlarını bu azərbaycanlı ilə dəyişmək istəyir 11:28 Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib 11:13 Xameneinin yasında Trampa süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı 11:08 Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 10:46 Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar 10:35 Başına dəmir düşən kişi öldü 10:29 Prezident İlham Əliyev Donald Trampı təbrik etdi 10:32 "Rusiya ilə artıq düşmənik" - Böyük dalğa gəlir... 10:14 All News