Türk konsolidasiyasından qlobal aktorluğa

Türk konsolidasiyasından qlobal aktorluğa
28.08.2025 11:04 Təhlil

"Türk Dövlətləri Təşkilatı (TDT) hazırkı dönəmdə dünyada yeni bir güc mərkəzinə çevrilmək perspektivinə və potensialına malikdir".

“Cross Media” Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, bu potensial, təşkilata üzv olan türk dövlətlərinin inkişafından qaynaqlanır. Çünki Türkiyənin hansı gücə sahib olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. TDT həm dünya, həm də regional miqyasda güclü aktordur. Türkiyə ilə yanaşı, Azərbaycan və Mərkəzi Asiya türk ölkələri də çox sürətlə inkişaf edir. Bu sırada, təbii ki, Macarıstanı da qeyd etmək olar.

"Beləliklə, TDT-nin çox böyük potensialı var və fəaliyyəti müsbət tempdə davam edir. Doğrudur, hazırkı dövrdə təşkilatın dünyada baş verən qlobal problemlərin və münaqişələrin həllində aktiv rol almadığının şahidi oluruq. Təəssüf ki, bunu istisna edə bilərik. Amma bu potensial və sürətli inkişaf göstərir ki, yaxın gələcəkdə TDT dünyanın aparıcı güclərindən birinə çevriləcək və qlobal problemlərin, münaqişələrin həllində aktiv iştirak edəcək".

Analitik Türk Dövlətləri Təşkilatını digər güc mərkəzləri ilə müqayisə edib:

"Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq təşkilatlarla müqayisədə TDT daha sürətlə irəliləyir və nəticə əldə edir. Bunun əsas səbəblərindən biri də Azərbaycanın bu proseslərə çox ciddi töhfə verməsidir. Rəsmi Bakı bu istiqamətdə olduqca aktiv rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi və genişlənməsi üçün daim xüsusi səy göstərir və bu prosesə həm Türkiyə, həm də Mərkəzi Asiya türk dövlətləri ilə birgə töhfə verir.

Bütün bunları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, TDT perspektivli qurumdur və gələcəkdə dünya miqyaslı proseslərdə daha geniş fəaliyyət göstərərək, mühüm rol oynayacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatının hazırda böyük potensiala malik olduğunu bildirib:

"Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir".

Qiymət Mahir

FOTOLAR

Türk konsolidasiyasından qlobal aktorluğa — 1
XƏBƏR LENTİ
17 IYUN 2026
Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:20 Azərbaycanın İraq türkmanları ilə bağlı strategiyası nədir? 12:13 Sürücülərin DİQQƏTİNƏ: Maşından düşərkən pusqu sizi gözləyir - VİDEO 12:13 TƏCİLİ! Xəzərdə zəlzələ oldu 12:01 Zəngəzur Dəhlizi “Turan Yolu” adlandırılır - Baxçalıdan möhtəşəm TƏKLİF 11:58 Alen Simonyan evlənir 11:55 "Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzaladı 11:39 Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 Azərbaycan XİN İslandiyanı təbrik etdi 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 SON DƏQİQƏ! Bu obyektlərdən istifadə ÖDƏNİŞLİ OLDU 10:36 Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO 10:28 Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi 10:22 Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır 10:17 Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi 10:02 Valyuta bazarında hərəkətlilik: Avronun məzənnəsi yüksəldi 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Bütün Xəbərlər