Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir?

Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir?
17.06.2025 15:26 Təhlil

“ABŞ prezidenti Donald Trampın "Böyük Yeddilik" (G7) sammitini yarımçıq qoyaraq Vaşinqtona geri dönməsi təsadüfi deyil. Bu addım Yaxın Şərqdə baş verən proseslərin — xüsusilə İran-İsrail qarşıdurmasının — ABŞ-nin xarici siyasət prioritetlərini və beynəlxalq güc balansını ciddi təhlükə altına alması ilə izah olunur”.

Siyasi şərhçi Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, İran-İsrail qarşıdurması əslində Qərb-Şərq mübarizəsinin tərkib hissəsidir”.

“Biz bu qarşıdurmaya yalnız İran və İsrail arasında baş verən lokal münaqişə kimi baxsaq, yanılmış olarıq. İsrailin son dövrlər İrana qarşı atdığı addımlar Vaşinqtonla koordinasiyalı şəkildə həyata keçirilib. Yəhudi dövlətinin Baş naziri Benyami Netanyahunun və digər israilli rəsmilərin açıqlamaları da göstərir ki, ABŞ-nin razılığı olmadan İsrailin bu cür cəsarətli addımlar atması mümkün olmazdı. 

Digər tərəfdən, İranın da son aylarda ABŞ-nin çağırışlarına məhəl qoymaması, nüvə zənginləşdirmə proqramında güzəştə getməməsi və hərbi texnika, xüsusilə ballistik raketlər və pilotsuz uçuş aparatları sahəsində arsenalını genişləndirməsi, ölkənin öz siyasi mövqeyində ciddi dəyişikliklərə getdiyini göstərir. İranın bu cəsarətinin arxasında isə Rusiyanın və Çinin dəstəyi dayanır”.

Analitik hazırkı İran-İsrail qarşıdurmasını yeni “soyuq müharibə” mərhələsinin lokal əks-sədası hesab edir: 

“Artıq nə İsrail, nə də İran təkbaşına qərar qəbul edib hərəkət etmir. Onlar arxalarında dayanan böyük güclərin - ABŞ, Çin və Rusiyanın – maraqlarını da nəzərə alaraq addım atırlar.

Gələcək ssenarilər klassik yanaşmalara əsaslanacaq. ABŞ İranla masa arxasına əyləşəcək, müəyyən güzəştlər əldə olunacaq, bu isə həm daxili auditoriyaya, həm də xarici rəqiblərə mesaj xarakteri daşıyacaq. Nəticədə İsrail hücumları dayandıracaq, İran da qismən məqsədinə çatmış şəkildə geri çəkiləcək. Beləliklə, tərəflər yenidən gərgin, lakin balanslı status-kvoya qayıdacaqlar. Yaxın dövrdə bu qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı aşağıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edərək Ağ Evə qayıdıb. Daha əvvəl isə Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi bildirilmişdi. Lakin ABŞ liderinin erkən qayıdışı mümkün görüşü təxirə salıb. 

Töhfə Səməd

FOTOLAR

Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Bütün Xəbərlər