SON ÇIRPINIŞLAR... — Savaş riski böyüyür!

SON ÇIRPINIŞLAR... — Savaş riski böyüyür!
09.02.2026 17:27 Təhlil

Regionda hərbi gərginliyin artdığı bir vaxtda İran paralel şəkildə həm Oman, həm də Rusiya istiqamətində diplomatik fəallıq nümayiş etdirir. 

İran hakimiyyətinə yaxın “Tabnak” saytının məlumatına görə, yüksək vəzifəli rəsmi şəxs yaxın günlərdə Omana səfər edəcək. Detallar açıqlanmasa da, səfərin Tehran və Vaşinqton arasında davam edən qeyri-rəsmi danışıqlarla bağlı olduğu ehtimal edilir.


Eyni zamanda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin əvvəlcədən elan olunmayan səfərlə Moskvaya getməsi də diqqət çəkib. 

Maraqlıdır, İranın apardığı paralel diplomatik xətt hansı məqsəd daşıyır? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, İran mümkün hərbi təhdidlər fonunda region ölkələrini prosesdən kənarda saxlamaq və təhlükəsizliyini təmin etmək üçün bütün çəkindirici mexanizmlərdən istifadə etməyə çalışır:


“İran öz təhlükəsizliyini təmin etmək üçün bütün çəkindirici məqamlardan maksimum yararlanmağa çalışır. Bu kontekstdə fevralın 6-da Azərbaycana İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə səfər etdi və dövlət başçısı səviyyəsində qəbul olundu. İran əmin olmaq istəyir ki, ABŞ-nin ona qarşı ehtimal olunan hərbi əməliyyatlarında qonşu ölkələr, o cümlədən region dövlətləri iştirak etməyəcəklər. Ən azından öz ərazilərinin və ya hava məkanlarının istifadəsinə icazə verməyəcəklər.

Bu yöndə açıqlamalarda təhdid xarakterli bəyanatlar eşidilir ki, ABŞ hərbi əməliyyatlara başladığı təqdirdə, ABŞ-nin hərbi bazalarının yerləşdiyi ərazilər də hədəf olacaq. Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur, lakin hələ də İranda bəzi hakimiyyətdə olan güc mərkəzləri var ki, onlar Azərbaycana yönəlik ittihamlarla çıxış edirlər. Guya 12 günlük İran-İsrail müharibəsində İsrail dronları məhz Azərbaycan hava məkanından istifadə edərək İrana qarşı əməliyyatlarda iştirak ediblər. Bunlar sübut olunmamış yalanlar və ittihamlardır”.

Onun sözlərinə görə, İranın Rusiya ilə təmaslarının əsas məqsədi mümkün hərbi əməliyyatlar zamanı Moskvanın hansı səviyyədə dəstək verə biləcəyini öyrənməkdir:

“İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Rusiya səfəri də bunu ortaya qoydu. İran rəhbərliyi bilmək istəyir ki, hərbi əməliyyatlar başladığı təqdirdə Rusiya İrana hansı səviyyədə yardım göstərə bilər. Belə bir vəziyyətdə İran üçün vacib olan Hava Hücumundan Müdafiə (HHM) sistemləridir. Çünki 12 günlük savaşda bu istiqamətdə İranın çox ciddi boşluğunun olduğu göründü. Üstəlik, mövcud HHM sistemlərinin böyük əksəriyyəti məhv olunduğu üçün yeni hərbi əməliyyatlar başladığı təqdirdə bu vəziyyət İran üçün olduqca zəif və həssas durum yaradır”.

Politoloq vurğulayıb ki, hava məkanında üstünlük hərbi əməliyyatların taleyini birbaşa müəyyən edir:


“Havada dominantlığı kim təmin edirsə, əməliyyatlarda istənilən səviyyədə diktə edən tərəf də məhz həmin güc mərkəzi olur. Rusiyada bu cür imkanlar var, lakin məhduddur. Çünki özü də Ukrayna bataqlığında boğulmaqda davam edir. Hətta Rusiya özünün bir sıra strateji sahələrini, hərbi-sənaye kompleksini, o cümlədən neft emalı zavodlarını belə hava hücumlarından qoruya bilmir. Çünki bu sistemləri istehsal etmək imkanları məhduddur”.

Natiq Miri hesab edir ki, bu səbəbdən Rusiyanın İrana maksimum səviyyədə hərbi dəstək verməsi real görünmür:

“Ola bilsin ki, hansısa sahələrdə dəstək versin və ya konkret bəyanatlarla çəkindirici xarakter nümayiş etdirsin. Hətta regionda Çin, Rusiya və İranın iştirakı ilə hərbi təlimlərin keçirilməsi də planlaşdırılırdı ki, son anda İran bundan imtina etdi. Hələlik bunun əsas səbəbləri tam müəyyən olunmayıb”.

Ekspertin fikrincə, hazırkı vəziyyətdə İran rejimi çıxılmaz durumda qalaraq müxtəlif addımlar atmağa məcburdur:

“Bu gün suda batan İran rejimini görürük. Suda batan isə hər çör-çöpdən yapışmağa məcburdur. Bu baxımdan İranın bu addımlarını batmaqda olan rejimin xilas üçün son çırpıntıları kimi dəyərləndirmək olar. Bunlar ciddi effekt verəcəkmi? Xeyr. Çünki indiki vəziyyətdə genişmiqyaslı və davamlı hərbi əməliyyatlar başlayarsa, nə Rusiya, nə də Çin İranın yanında yer alacaq və ABŞ-yə qarşı döyüşəcək”.

Onun sözlərinə görə, böyük güclər müharibənin uzanmasında maraqlı ola bilsələr də, bu, birbaşa hərbi qarşıdurma demək deyil:

“Əlbəttə, Rusiya və Çin kimi rəqib dövlətlər İran-ABŞ müharibəsinin uzanmasında maraqlı ola bilərlər, hətta müəyyən silahların verilməsində də maraq göstərə bilərlər. Çünki uzunmüddətli müharibə ABŞ-ni bataqlığa çəkir ki, bu da Çin və Rusiyanın maraqları kontekstində uyğundur. Lakin bir də Donald Tramp administrasiyasının siyasəti var. Onlar uzunmüddətli müharibə siyasətini qəbul etmirlər və qısamüddətli, sürətli, intensiv, nöqtə zərbələri ilə konkret nəticələr əldə etməyə üstünlük verirlər”.

Politoloq sonda qeyd edib ki, İran müharibənin uzanmasına ümid etsə də, bunun nəticəsi hələlik qeyri-müəyyəndir:


“Eynilə Venesuelada olduğu kimi. İranda da belə bir nəticə əldə etmək mümkün olacaqmı? Hələlik bu, ritorik sualdır və cavabı bəlli deyil. Lakin hər bir halda buna hazırlıqlar görülür və İran da bu məsələnin uzanması üçün fəaliyyət göstərir. Çünki müharibənin uzanması və İranın uzun müddət müqavimət göstərməsi ABŞ-ni müharibəni vaxtından əvvəl dayandırmağa məcbur edə bilər. Buna görə də İranın son fəaliyyətlərini məhz bu kontekstdə dəyərləndirmək lazımdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər