Tramp "dəbdən düşür" - Bu dəfə "MAGA"lar da xilas edə bilməyəcək

Tramp "dəbdən düşür" - Bu dəfə "MAGA"lar da xilas edə bilməyəcək
01.05.2026 13:34 Təhlil

"Reuters" və "Ipsos"un  24–27 aprel tarixlərində keçirilən sorğuya əsasən, ABŞ Prezidenti Donald Trampın ümumi təsdiq reytinqi ikinci prezidentlik müddətinin ən aşağı səviyyəsinə — 34%-ə düşüb. Bu əvvəlki sorğuda 36% idi. Onun fəaliyyətini bəyənməyənlərin payı isə artıq  64%-ə çatır.

Xüsusilə yaşayış xərcləri və inflyasiya ilə bağlı göstəricilər daha zəifdir: yalnız 22% respondent Trampın bu sahədə fəaliyyətini təsdiqləyir ki bu da əvvəlki 25%-dən azdır.  İnflyasiya və qiymət artımı ilə bağlı təsdiq səviyyəsi isə 21–23% aralığındadır.

Budurmu o vəd olunan "Böyük Amerika"? "Mr nice guy"ın reytinqi niyə yerlərdədir? Gəlin, rəqəmlərin pərdəarxasına baxaq...

Təbii ki, əsas səbəblərdən biri kimi onun İranla apardığı müharibə göstərilir. Münaqişə qlobal enerji bazarlarına ciddi miqyasda təsir edib.

Benzin qiymətləri kəskin artıb (bəzi məlumatlara görə 34% artaraq orta hesabla $3.98/gallon səviyyəsinə çatıb). Neftin qiyməti $118/barrel-dən yuxarı qalxıb. Bu artım inflyasiyanı sürətləndirib.  İnflyasiya 3.2–3.3%-ə yüksəlib. 

Nəticədə ərzaq, nəqliyyat və digər gündəlik xərclər artıb, bu isə amerikalıların real gəlirlərinə birbaşa təsir göstərib.

Sorğular göstərir ki, müharibənin özünə də ictimai dəstək zəifləyir: hazırda yalnız 34% amerikalı bu münaqişəni dəstəkləyir (martda 38%, aprelin ortalarında 36% idi). Digər sorğular da oxşar tendensiyanı təsdiqləyir — iqtisadiyyat və müharibə ilə bağlı təsdiq 30–37% aralığındadır.

ABŞ siyasətində klassik prinsip yenə özünü doğruldur: “It’s the economy, stupid”.

Seçicilər xarici siyasətdəki uğurları müəyyən qədər dəstəkləyə bilsələr də, gündəlik xərclərin artması daha ciddi narahatlıq doğurur. Trampın həm ilk prezidentliyi dövründə, həm də 2024 seçki kampaniyasında əsas vədlərindən biri inflyasiyanı azaltmaq və iqtisadi artımı təmin etmək idi. Mövcud müharibə ümidləri suya salıb. 

ABŞ enerji ixrac edən ölkə olsa da, qlobal qiymət artımı daxili bazara təsir göstərir, xüsusilə Hörmüz boğazı ətrafındakı risklər səbəbindən. Respublikaçı seçicilərin əhəmiyyətli hissəsi yaşayış xərclərinin artmasından narazıdır, xüsusilə gənclər arasında bu narazılıq daha yüksəkdir. Bəzi sorğularda seçicilərin bir hissəsi iqtisadi vəziyyəti Bayden dövrü ilə müqayisədə daha zəif qiymətləndirir.

Münaqişənin maliyyə tərəfi də diqqətçəkən məqamdır.  Pentaqonun məlumatına görə, artıq $25 milyarddan çox vəsait xərclənib, bəzi qiymətləndirmələr isə bu rəqəmin $40–50 milyarda çata biləcəyini göstərir. Bu isə dövlət büdcəsinə əlavə təzyiq yaradır və inflyasiya risklərini artırır.

Tramp administrasiyası müharibəni İranın nüvə proqramını dayandırmaq və potensial rejim dəyişikliyinə nail olmaq üçün zəruri addım kimi təqdim edir. Lakin ictimaiyyətin gözləntilərindəki “qısa və qəti qələbə” ssenarisi getdikcə uzunmüddətli münaqişə reallığı ilə əvəzlənir.

Tarixi baxımdan bu vəziyyət 2000-ci illərin əvvəlindəki İraq müharibəsini xatırladır — ilkin dəstək sonradan iqtisadi və insan itkiləri fonunda azalmışdı.

Mövcud məlumatlar göstərir ki, İranla müharibə enerji qiymətlərinin artmasına, bunun nəticəsində isə yaşayış xərclərinin yüksəlməsinə səbəb olub. Tramp siyasətçi deyil, o biznesmendir. Bu proses Trampın ən həssas nöqtəsinə — iqtisadiyyat məsələsinə — birbaşa təsir edərək onun reytinqini aşağı salır.

Əgər müharibə uzanarsa və qiymətlər sabitləşməzsə, reytinqin daha da enməsi ehtimalı yüksəkdir. Əksinə, münaqişənin tezliklə başa çatması və enerji bazarlarının stabilləşməsi vəziyyəti dəyişə bilər.

Hazırkı mərhələdə isə klassik reallıq özünü göstərir: seçiciləri xarici siyasətdəki uğurlar yox,  cibləri maraqlandırır. 

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 All News