Rusiya bu dəfə Azərbaycandan üzr istəyəcək, əks halda...

Rusiya bu dəfə  Azərbaycandan üzr istəyəcək, əks halda...
30.06.2025 16:10 Təhlil

"Rusiya Azərbaycan təyyarəsinin vurulması hadisəsi ilə bağlı üzr istəmiş olasaydı, Azərbaycan-Rusiya münasibətləri indiki gərginlik səviyyəsinə gəlib çatmazdı. Böyük ehtimalla, Rusiya bu dəfə də Azərbaycandan üzr istəməyəcək, əksinə haqlı olduğunu sübut etməyə çalışacaq". 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, Rusiyanın üzr istəməməsinin əsas səbəbi Kremlin rəsmi Bakıya təzyiq göstərmək istəyidir:

"Təzyiqlərin arxasında Kremlin rəsmi Bakı tərəfindən yürüdülən müstəqil siyasətin qəbul edilə bilməməsi dayanır. Hazırda Rusiyanın Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib və buna paralel olaraq Azərbaycan Cənubi Qafqazda geopolitik iradə mərkəzinə çevirilib. Eyni zamanda Azərbaycan qlobal məkanda da öz nüfuzunu artırır və beynəlxalq siyasi proseslərdə öz siyasi iradəsini ortaya qoymağı bacarır. Bütün bunlar, xüsusilə də Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə hərbi strateji müttəfiqliyi Rusiya üçün ciddi problem sayılır. Belə bir dövlətə təsir göstərmək o qədər də asan məsələ deyil. Təbii ki, bu sıraya Rusiyanın Azərbaycanda təsir mexanizmlərinin olmaması da daxildir. Sonuncu təsir mexanizmi Rusiyanın sülhməramlı qüvvələri idi, onlar da artıq Azərbaycan ərazisindən çıxarılıblar. Bundan sonra Kremlin Azərbaycana qarşı hər hansı təsir və ya təzyiq mexanizmi qalmadı. Bu, Kremldəki bəzi siyasi dairələri qıcıqlandırır. Azərbaycana qarşı başqa təzyiq metodları qalmadığına görə, Rusiyada yaşayan azərbaycanlılara qarşı təqiblər vasitəsi ilə rəsmi Bakını təzyiqlərə məruz qoymaq niyyətinə düşüblər".

Ekspert bildirib ki, hadisələrin ilk günündən rəsmi Bakının verdiyi sərt reaksiya Kreml üçün də gözlənilməz olub:

"Artıq Kremldə də anlayırlar ki, rəsmi Bakı ilə təhdid və təzyiq dilində danışmaq heç bir reaksiya verməyəcək. Azərbaycanla yalnız anlaşmaq mümkündür, təzyiqlə mövqe dəyişmək mümkün deyil. Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edəcək və Kremldə qəbul etməlidirlər ki, Azərbaycan artıq Rusiya üçün əlçatmaz dövlətdir. Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb. Kreml rəsmi Bakı ilə ikitərəfli, bərabərhüquqlu normal münasibətlərin inkişaf etdirilməsi barədə düşünsə, daha effektiv əməkdaşlıq sistemi yarana bilər".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. 

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Qiymət Mahir

FOTOLAR

Rusiya bu dəfə  Azərbaycandan üzr istəyəcək, əks halda... — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Bütün Xəbərlər