Təkliflər Putinə təqdim ediləcək — Uitkoff Rusiyaya gedir

Təkliflər Putinə təqdim ediləcək — Uitkoff Rusiyaya gedir
01.12.2025 16:48 Təhlil

Noyabrın 30-da ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun da iştirakı ilə Birləşmiş Ştatlar rəsmiləri və Ukrayna hökuməti arasında Florida ştatında görüş keçirilib. 


ABŞ-nin 28 bəndlik “sülh planı” layihəsi çərçivəsində, xüsusilə də layihədə mübahisəli iki maddə ətrafında müzakirələr aparılıb. Torpaq məsələləri və təhlükəsizlik zəmanətləri üzrə aparılan müzakirələr uzlaşma xarakteri daşıyıb və bu iki əsas mübahisəli məqam ətrafında münasib kompromislərin yaradılması istiqamətində müəyyən addımlar atılmağa çalışılıb. Görüş çətin, amma məhsuldar olaraq qiymətləndirilir.

Dərhal sonda Stiv Uitkoff müzakirələrin yaxşı keçdiyini və Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya gedəcəyini açıqlayıb.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi düşünür ki, Uitkoff bu səfərlə görüşdə əldə olunan razılaşmaları və təklifləri Putinə təqdim edəcək:


“ABŞ Prezidenti Donald Tramp Mayami görüşünün nəticələrini sülh planının yenilənmiş versiyası olaraq Rusiyaya təqdim etmək üçün bu gün Stiv Uitkoffu Moskvaya göndərir. ABŞ-nin ərsəyə gətirdiyi bu sənəd Rusiya və Ukrayna arasında sülh danışıqları prosesində yol xəritəsi olaraq təqdim olunur və müzakirələrin bu sənəd ətrafında aparılmasına çalışılır.

Danışıqlar prosesini dayandırmaq, əlbəttə ki, hər iki münaqişə tərəfi üçün ziyanlıdır və bu səbəbdən danışıqlar prosesini davam etdirmək, bəzi həlledici məsələlər üzrə kompleks yollar axtarmaq və digər məsələlər ətrafında müzakirələr apararaq razılıq əldə etmək baxımından ABŞ-nin bu səylərini məhsuldar hesab etmək olar. Bu hesabla ehtimal olunur ki, sənəd Rusiya tərəfinə, Prezident Putinə təqdim olunması üçün göndərilirsə, deməli, Mayami şəhərində keçirilən görüşdə müsbət irəliləyişlərə nail olunub”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 All News