Strateji Tərəfdaşlıq Şurası: Azərbaycan və Serbiyaya NƏ VƏD EDİR?

Strateji Tərəfdaşlıq Şurası: Azərbaycan və Serbiyaya NƏ VƏD EDİR?
16.02.2026 21:56 Təhlil

Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.


Serbiya Prezidenti Aleksandar Vuçiç iclasda bildirib ki, bu iclas ikitərəfli münasibətlərdə dönüş nöqtəsidir və ölkələr arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir:

"Bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir". 

Bəs Bakı bu münasibətlərdə hansı üstünlükləri əldə edə bilər?

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir, lakin ticarət dövriyyəsi potensialdan geri qalır.


"Serbiya ilə Azərbaycan arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və həm dövlətlər, həm də dövlət başçıları arasında əlaqələr nümunəvi xarakter daşıyır. Serbiya Balkanlarda Azərbaycanın dayağı kimi çıxış edir və rəsmi Bakının mövqeyini daim dəstəkləyir. Yəqin ki, bundan sonra da bu cür dostluq münasibətləri davam edəcək", - deyə analitik vurğulayıb.

Siyasi şərhçi iqtisadi sahədə mövcud vəziyyətə toxunaraq qeyd edib ki, Azərbaycanla Serbiya arasında xarici ticarət dövriyyəsi artım nümayiş etdirsə də, hazırkı səviyyə hər iki ölkəni qane edə bilməz. Onun sözlərinə görə, 100 milyon dollardan bir az artıq ticarət dövriyyəsi Azərbaycan və Serbiya üçün çox azdır və yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə real addımlar atılacaq.


A. Səmədovun fikrincə, Serbiya Azərbaycan qazı üçün yeni bazardır və bu, qaz ixracının şaxələndirilməsinə imkan verir. O xatırladıb ki, 44 günlük müharibə dövründə Azərbaycan Serbiyadan hərbi sənaye məhsulları alıb və bu proses hazırda da davam edir. Politoloq əlavə edib ki, gələcəkdə iki ölkə arasında birgə hərbi müəssisələrin yaradılması da mümkündür və bu, əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər.

"Logistika sahəsində də Serbiyanın xüsusi rolu var. Çindən və Mərkəzi Asiyadan Orta Dəhliz vasitəsilə Avropaya daşınan yüklərin çatdırılmasında Serbiya mühüm əhəmiyyətə malikdir və Azərbaycan bu imkanlardan istifadə etmək niyyətindədir", - deyə o qeyd edib.

Bununla yanaşı, politoloq Azərbaycan şirkətlərinin, xüsusilə Dövlət Neft Şirkətinin və digər qurumların Serbiyada investisiya layihələri həyata keçirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının Serbiya bazarına çıxarılması da mümkündür və mövcud siyasi münasibətlər qısa müddətdə ticarət dövriyyəsinin bir neçə dəfə artırılmasına şərait yaradır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Bütün Xəbərlər