TDT-Azərbaycan: Türk dünyasının ürəyi Bakıda döyünür

TDT-Azərbaycan: Türk dünyasının ürəyi Bakıda döyünür
24.11.2025 17:29 Təhlil

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları Bakıda bir yerə toplaşıb.  Forumda TDT-yə üzv 8 ölkədən 500-dən çox QHT nümayəndəsi iştirak edir. “Zəngəzur dəhlizi” və Azərbaycan–Qazaxıstan QHT əməkdaşlığı müzakirə olunur. Sabah tədbir Naxçıvanda davam edəcək: Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinin təqdimatı və 2026 WUF13-ə hazırlıq gündəmdədir. Həmçinin Naxçıvanda TDT ölkələrinin QHT Platformasının yaradılması və rəhbərliyin Azərbaycana verilməsi planlaşdırılır. 


Bəs TDT-nin Naxçıvanda vahid QHT Platforması yaratması və rəhbərliyin Bakıya verilməsi Türk dünyasında institusional inteqrasiyanı hansı səviyyəyə daşıyır və bu proses Azərbaycanı regionda hansı yeni siyasi-sivil mərkəzə çevirə bilər?   

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Forum Bakının beynəlxalq nüfuzunu bir daha təsdiqlədi:

"Bəli, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatları Forumunun Bakıda keçirilməsi və bu tədbirdə 8 ölkədən 500-dən çox nümayəndənin iştirakı, hər şeydən əvvəl, Azərbaycanın növbəti dəfə əhəmiyyətli və nüfuzlu bir beynəlxalq platformaya uğurla ev sahibliyi etdiyini göstərir".

Ekspert QHT-lərin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb:


"Qeyd etmək lazımdır ki, Qeyri-Hökumət Təşkilatları bütün ölkələrdə vətəndaş cəmiyyətinin əsas dayaqlarıdır. QHT-lər dövlət idarəçiliyi ilə cəmiyyət arasında mühüm körpü rolunu oynayır, ictimai gözləntiləri və çağırışları dövlət qurumlarına çatdıraraq sağlam və konstruktiv münasibətlər sisteminin qurulmasına xidmət edirlər".

Onun sözlərinə görə, bu baxımdan QHT Forumunun özü çox mühüm hadisədir. Xüsusilə də, TDT-yə üzv dövlətlərin QHT-lərini bir araya gətirən belə bir platforma hər bir ölkədə vətəndaş cəmiyyətinin inkişafına əlavə töhfə verəcək.

Analitik vurğulayıb ki, Azərbaycan azad edilmiş torpaqları ilə beynəlxalq aləmdə imicini gücləndirib:

"Digər tərəfdən, bu gün Azərbaycanın beynəlxalq imici tamamilə yenilənmişdir. Bu həm geosiyasi, həm geoiqtisadi, həm də humanitar sahədə əməkdaşlıq baxımından özünü göstərir. Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub və ölkəmiz bütün əraziləri üzərində suverenliyini dönməz şəkildə təmin edib".

O qeyd edib ki, Azərbaycan İlham Əliyevin siyasəti ilə regionun əsas gücünə çevrilib:


"Prezident İlham Əliyevin strateji baxışları sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Cənubi Qafqaz regionunda ölkəmiz həm siyasi, həm iqtisadi lokomotiv rolunu üzərinə götürüb. Məhz Azərbaycanın iradəsi ilə bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşıb və təhlükəsizlik mühiti tamamilə yenilənib. Bu, olduqca vacib amildir".

Ekspert Forum çərçivəsində QHT nümayəndələrinin ölkəmizə, o cümlədən Naxçıvan və Qarabağa səfərlərinin xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib. Bildirib ki, onların burada formalaşdıracağı təsəvvürlər gələcəkdə müxtəlif informasiya mənbələrinə, kontentlərə və ictimai rəyə ciddi təsir göstərəcək. Çünki QHT nümayəndələri adətən media və informasiya mühiti ilə sıx əlaqədə olurlar.

"Bu baxımdan Forumun Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəmiz Türk dünyasında aparıcı mövqeyə malikdir və Türk dövlətləri arasında inteqrasiyada təyinedici rola sahibdir. Eyni zamanda bu platformanın yaradılması və rəhbərliyinin Azərbaycana həvalə olunması ölkəmizin TDT çərçivəsində gələcək fəaliyyətinə güclü stimul verəcək".

E.Mirbəşiroğlu sonda əlavə edib ki, QHT Platforması vasitəsilə Azərbaycan Türk dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafında daha təsirli mövqe tutacaq. Bütün bunlar Azərbaycanın regionda xüsusi rol oynadığını və humanitar sahədə də unikal bir mərkəzə çevrildiyini bir daha təsdiqləyir. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 All News