"HƏMAS-ın “yeni səhifə” bəyanatı Yaxın Şərqdə balansı dəyişə bilər" - ŞƏRH

"HƏMAS-ın “yeni səhifə” bəyanatı Yaxın Şərqdə balansı dəyişə bilər" - ŞƏRH
14.10.2025 15:49 Təhlil

HƏMAS hərəkatı Fələstin Milli Administrasiyası (PNA) ilə münasibətlərdə “yeni səhifə” açmağa hazır olduğunu bəyan edib. 

“Al Arabiya”nın məlumatına görə, HƏMAS hazırda PNA ilə münaqişə etmək niyyətində deyil və Qəzza zolağındakı döyüşçülərin tərksilahı məsələsinin “şişirdildiyini” hesab edir.

HƏMAS nümayəndəsi bildirib ki, silahların təhvil verilməsi və Qəzzanın gələcək idarə olunması məsələləri yalnız milli konsensusla həll edilməlidir.

Məsələni TodayPress TV-yə şərh edən politoloq Ramiz Alıyev bildirib ki, bu bəyanat Yaxın Şərq geosiyasi balansında mühüm siqnal kimi qiymətləndirilə bilər:

"HƏMAS-ın PNA ilə “yeni səhifə” açmağa hazır olduğunu bəyan etməsi ilk baxışda iki əsas məqsədə xidmət edir: Fələstin daxilində siyasi parçalanmanın aradan qaldırılması və beynəlxalq ictimaiyyət qarşısında HƏMAS-ın yeni imic formalaşdırması. Lakin bu prosesin hansı dərəcədə reallığa çevriləcəyi həm regional güclərin maraqlarından, həm də tərəflər arasında etimadın səviyyəsindən asılı olacaq. İllərdir ki, davam edən HƏMAS–PNA qarşıdurması Fələstinin siyasi vahidliyini zəiflətdiyi üçün, İsrailə və bəzi regional oyunçulara əlverişli şərait yaradıb. Əgər HƏMAS həqiqətən silah məsələsini milli konsensus əsasında həll etməyə razıdırsa, bu, Qəzzanın idarə strukturlarının yenidən dizaynını tələb edəcək. PNA isə yalnız nominal hakimiyyət deyil, faktiki nəzarət istəyir. Burada əsas dilemma yaranır: HƏMAS öz hərbi qanadından imtina etmədən siyasi prosesə inteqrasiya oluna bilərmi? Bu sualın cavabı həm daxili, həm də xarici aktorların mövqeyindən asılıdır".

Ekspert qeyd edib ki, gedişat geosiyasi balansa xeyli təsir edə bilər:

“Yeni səhifə” mesajı regiondakı siyasi balansı dəyişə bilər, çünki Qəzza məsələsi təkcə Fələstin daxili problem deyil – Misir, Qətər, Türkiyə, İran və ABŞ kimi oyunçuların hər biri bu prosesdə öz maraqlarını qorumağa çalışır. Əgər HƏMAS-PNA yaxınlaşması real olsa, İranın təsiri zəifləyə, əvəzində Qətər və Misir vasitəçiliyinin rolu arta bilər. Bu isə HƏMAS-ın tamamilə ideoloji xəttindən imtina etməsi deyil, siyasi realizmə uyğun mövqeyə keçməsi kimi qiymətləndirilə bilər".

Politoloq bu addımın Fələstin birliyinə hansı şərtlərlə töhfə verə biləcəyini aydınlaşdırıb:

"Əgər tərəflər minimum üç məsələdə razılığa gələrsə, bu, mümkündür: Qəzzanın idarə modeli, seçimlərin keçirilməsi və təhlükəsizlik mexanizmi. Yalnız siyasi razılaşma kifayət etmir – sosial-iqtisadi bərpa proqramları, beynəlxalq zəmanət və regional dəstək də vacibdir. Fələstin xalqı artıq uzun illərdir ki, parçalanmadan yorulub və birlik ideyasına sosial dəstək yüksəkdir. Lakin liderlik səviyyəsində etimad böhranı hələ də dərin olaraq qalır".

R.Alıyev əlavə edib ki,  atəşkəs və məhbus mübadiləsi prosesinin davamlılığı üçün bir neçə əsas amil önə çıxır:

"Birincisi, beynəlxalq təminat mexanizmi olmalıdır. Təkcə ABŞ və ya Misir vasitəçiliyi yox, BMT çərçivəsində çoxtərəfli mexanizm tələb olunur. İkincisi, humanitar şəraitin yaxşılaşdırılması Qəzzada gərginliyi azalda bilər. Blokadanın yumşaldılması, yenidənqurma proqramlarının işə düşməsi döyüşçülərin radikallaşmasının qarşısını ala bilər. Üçüncüsü isə daxili siyasi legitimlikdir – PNA yalnız Ramallahda deyil, Qəzzada da qəbul olunan idarəetmə modeli təqdim etməlidir. Əks halda, atəşkəs yalnız texniki pauza olaraq qalacaq".

O bildirib ki, deyilənlərin əksinə münaqişə ehtimalının olması istisna deyil:

"HƏMAS-ın dediyinin əksinə münaqişə ehtimalı hələ də yüksəkdir. Çünki İsrail üçün HƏMAS-ın hərbi potensialı strateji təhdid olaraq qalır və Tel-Əviv HƏMAS-ın siyasi prosesə inteqrasiyasını yalnız tam tərksilah şərti ilə qəbul edəcək. HƏMAS isə “müqavimət” modelindən tam imtina etməyəcək. Burada gizli toqquşma nöqtəsi mövcuddur: HƏMAS siyasi güzəştlərlə irəli getməyə çalışarkən, hərbi qanad daxilində parçalanma baş verə bilər. Eyni zamanda, Fələstin daxilində radikal qruplar (İslami Cihad kimi) yeni güc boşluğundan faydalanmağa cəhd göstərə bilər".

Analitik sonda vurğulayıb ki, nəticə etibarilə, “yeni səhifə” bəyanatı taktiki jestdən strateji dönüşə çevrilə bilər, lakin bunun üçün regional və beynəlxalq koordinasiya, daxili etimad quruculuğu və təhlükəsizlik təminatı paralel şəkildə həyata keçirilməlidir. Əgər bu proses real siyasi iradəyə çevrilsə, Fələstin məsələsində yeni mərhələnin başlanğıcı ola bilər. Əks halda, bu da əvvəlki cəhdlər kimi yalnız bəyanat səviyyəsində qalacaq və tərəflər arasında yenidən gərginlik və toqquşmalar qaçılmaz olacaq.

Jalə Rövşən  

TodayPress TV

FOTOLAR

"HƏMAS-ın “yeni səhifə” bəyanatı Yaxın Şərqdə balansı dəyişə bilər" - ŞƏRH — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 Bütün Xəbərlər