Həm Avropa, həm Rusiya, həm də ağır itkilərlə üzləşən Ukrayna – hamı yorulub…

Həm Avropa, həm Rusiya, həm də ağır itkilərlə üzləşən Ukrayna – hamı yorulub…
21.11.2025 17:25 Təhlil

Kütləvi informasiya vasitələrində ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin  başa çatdırılması ilə bağlı planının bütün bəndləri yayımlanıb.  Yayılan məlumatlara görə bununla bağlı hələ yekun qərar verilməyib və planın bəzi bəndləri hələ dəyişdirilə bilər. 


Maraqlıdır, 28 maddəlik “sülh planı” nın  ümumi mahiyyəti nədir?  Bu bəndlərin xüsusilə Krım və Donbasın de-fakto tanınması, NATO-nun genişlənmədən imtinası və ABŞ–Rusiya iqtisadi reinteqrasiyası kimi hissələri hansı geosiyasi niyyəti gizlədir?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, plan təhlükəsizlik zəmanətləri və Ukraynanın NATO perspektivinin məhdudlaşdırılması üzərində dayanır:


"28 bənddən ibarət olan bu plan, əlbəttə ki, hələ çox dəyişikliklərə məruz qala bilər. Amma əsas iddialar və tələblər nədir? İlk növbədə, hər iki tərəf öz təhlükəsizliyi üçün qarantiyalar istəyir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları elə bir mövqe nümayiş etdirir ki, NATO-ya təsir göstərərək Ukraynanın gələcək konfiqurasiyasını müəyyənləşdirsin və ölkənin NATO-ya üzvlük məsələsini gündəmdən çıxarsın".

Ekspert qeyd edib ki, plan atəşkəsə yönəlsə də,  Rusiya hücumları və Yermak böhranı Ukraynanı zəiflədir:

"Təsadüfi deyil ki, plan həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutur. Əsas hədəf isə atəşkəsin əldə olunmasıdır. Çünki müharibədə hələ də sakitlik yoxdur. Rusiya demək olar ki, 1300 kilometrlik qarşıdurma xəttinin doqquz müxtəlif istiqamətində əməliyyatlar aparır. Bu isə Ukraynanın vəziyyətinin daha da ağırlaşdığını göstərir: resurs çatışmazlığı dərinləşir, ölkə daxilində ictimai-siyasi ab-hava da getdikcə qeyri-sabit olur. Yermakın – Prezident Ofisinin rəhbərinin – istefa məsələsinin gündəmə gəlməsi hakim komanda içində də parçalanmaların artdığını göstərir".

"Ukrayna da, Qərb də Krımın itirilməsi ilə barışıb". 


Onun sözlərinə görə, planın mərkəzində atəşkəs dayanır. Krım məsələsi isə faktiki olaraq gündəmdən çıxıb –  əsas mövzu Donetsk və Luqansk vilayətlərinin, daha geniş mənada dörd regionun Rusiya tərəfindən ilhaqıdır. Rusiya açıq şəkildə bəyan edir ki, tutduğu mövqeləri geri qaytarmayacaq: “qanla alınan geri verilmir”. Bu da onu göstərir ki, plan işə düşərsə, Ukrayna bu reallıqla üzləşməli olacaq.

Politoloq həmçinin vurğulayıb ki, Zelenskinin səhvləri və Qərbin ziddiyyətli siyasəti onun gedişi ehtimalını artırır:  

"Bunun fonunda Zelenskinin hakimiyyətdən getməsi məsələsinin də qaçılmaz olacağı ehtimal edilir. Onun idarəçilikdə yol verdiyi ciddi boşluqlar, 2022-ci ilin martında – döyüşlərin başlanmasından az müddət sonra – danışıqlardan imtina etməsi, Boris Consonun təzyiqlərinə boyun əyməsi Ukraynaya çox baha başa gəldi. Sonrakı dövrdə isə müxtəlif vədlər, Qərblə dialoqlar, daxili siyasi kurs və idarəçilikdəki ziddiyyətlər gözlənilən nəticəni vermədi. Qərb çoxlu vədlər versə də, real dəstək nə miqyas, nə də mahiyyət baxımından kifayət etmədi. Bu, bir çoxlarının fikrincə, Zelenskinin səriştəsizliyi ilə deyil, Qərbin ikiüzlü və parçalanmış siyasəti ilə bağlı idi. Xüsusən Britaniya başda olmaqla Avropa ölkələrinin məqsədi Rusiyanı zəiflətmək idi, lakin Rusiya əksinə, savaşı uzadaraq həm Ukraynanı, həm də Qərbi xərcləndirdi".

T. Abbasov hesab edir ki,  hazırda Qərbin silah anbarları demək olar ki, tükənib, ABŞ isə paralel şəkildə İsrailə böyük həcmdə sursat ötürməkdə davam edir. Yeni raket və döyüş texnikasının istehsalı zaman tələb etdiyindən, bu vəziyyət Ukraynanın resurs böhranını daha da ağırlaşdırır.

"Bu səbəbdən ehtimal olunur ki, gələn ilin ortalarına qədər ABŞ–Rusiya danışıqları konkret nəticələrə gətirib çıxarmalıdır. Alyaskada aparılan qeyri-rəsmi danışıqların həqiqi strateji xətti müəyyən etdiyi bildirilir. Plan təkcə müharibənin dayandırılmasını deyil, həm də Vaşinqton ilə Moskvanın münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. Çünki tərəflər arasında qarşılıqlı asılılıq elementləri var və uzun illərin təcrübəsi göstərir ki, ABŞ–Rusiya münasibətlərində “soyuq” və “istilik” dövrləri olub, hər iki tərəf bu periodlardan fayda götürə bilib".

"Həm Avropa yorulub, həm Rusiya cəmiyyəti, həm də dağınıq və ağır itkilər verən Ukrayna cəmiyyəti".  

O,  indiki mərhələdə sülh danışıqları üçün real şəraitin formalaşdığına diqqət çəkərək mətbuatda məlumatların sızdırılmasının   təsadüfi olmadığını,  ictimai rəylərin yavaş-yavaş müharibənin bitməsinə hazırlandığını bildirib.

Şərhçi sonda vurğulayıb ki, artıq post-Zelenski dövrü müzakirə olunur və oliqarxlar yeni siyasi nizam üçün mövqelərini bərpa edirlər:

"Digər mühüm məsələ – post-Zelenski dövrünə hazırlıqdır. Avropada artıq Zelenskinin varisinin kim ola biləcəyi müzakirə olunur: Zalujni, yoxsa başqa bir fiqur? Eyni zamanda Ukraynanın oliqarx strukturu da yenidən fəallaşır. Pinçuk, Rinat Əhmədov, Medvedçuk, Firtaş və digərləri ölkənin ayrı-ayrı sektorlarına nəzarət edən əsas oyunçulardır. Zelenskini hakimiyyətə gətirən Kolomoyski belə, istintaq altında olsa da, meydanda görünməyə başlayıb. Bu fəallaşma göstərir ki, Ukraynada yeni siyasi mövsüm yaxınlaşır və oliqarxlar artıq müharibədən sonra formalaşacaq nizamı hesablayırlar". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Bütün Xəbərlər