Trampın YENİ HƏDƏFİ: "Kiçik dövlətlər məhv olacaq!"

Trampın YENİ HƏDƏFİ: "Kiçik dövlətlər məhv olacaq!"
17.03.2026 16:31 Təhlil

ABŞ Prezidenti Donald Tramp  Kubanı ələ keçirmək şərəfinə nail olacağını açıqlayıb. O, bu açıqlamanı Ağ Evin Oval Ofisində jurnalistlərin suallarını cavablandırarkən verib. 

Sual yaranır, Yaxın Şərqdəki münaqişə ərəfəsində Tramp bu addımı atacaqmı?  

Sözügedən məsələni siyasi şərhçi  Abutalıb Səmədov TodayPress TV-yə şərh edib. 


“Tramp açıq şəkildə bəyan edib ki, ABŞ Administrasiyasının istəmədiyi şəxs dövlət rəhbəri ola bilməz: "Arzuolunmazlar sırasında Venesueladan sonra gələn ilk ölkə Kuba idi. Bu gün Kubada vəziyyət kifayət qədər ağırdır: neft və yanacaq çatışmazlığı var, elektrik enerjisi demək olar ki, yoxdur və vəziyyət günü-gündən pisləşir. Tramp hələlik əhalinin ayağa qalxıb hakimiyyəti devirməsini gözləyir".

Ekspert qeyd edib ki, eyni zamanda, İranda da ABŞ-nin  kifayət qədər ciddi problemləri mövcuddur və İranla bağlı məsələ həll olunmadan Kubada hakimiyyət dəyişikliyinə cəhd göstərmək düzgün olmaz. Bu səbəbdən ABŞ yaxın zamanlarda İranla bağlı məsələnin həllinə cəhd göstərəcək. Ola bilsin ki, bu proses bir qədər uzansın və növbədə Kubadır. 

Analitik, sonda əlavə edib ki, bu siyasət günümüzün acı  reallığıdır:  

“Əvvəllər heç bir dövlət açıq şəkildə demirdi ki, mənim istəmədiyim şəxslər hakimiyyətdə ola bilməzlər. İndi isə belə açıqlamalar verilir. Bu, böyük təhlükə yaradır, çünki eyni nümunə digər zorba dövlətlər tərəfindən də tətbiq oluna bilər. Bu isə kiçik dövlətlər üçün ciddi problemlər yarada bilər”.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər