Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH
12.08.2026 13:15 Təhlil

Ukrayna müharibənin dayandırılması ilə bağlı təkliflərini ABŞ-yə təqdim edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın payızda yeni səfərbərliyə hazırlaşdığını və ilin sonunadək yüz minlərlə şəxsin orduya cəlb edilə biləcəyini açıqlayıb.

Maraqlıdır, önümüzdəki aylarda Rusiya-Ukrayna cəbhəsini nə gözləyir ?


Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışıb.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə keçib və daha dağıdıcı xarakter alıb:

"Rusiya hazırda konkret olaraq səfərbərliyə hazırlaşır. Çünki Moskva heç bir güzəştə getmir və danışıqlarda da maraqlı görünmür. Bu müstəvidə Rusiyanın əsas tələbi Donbasın inzibati ərazisindən Ukrayna qoşunlarının tamamilə çıxarılmasıdır. Təbii ki, Ukrayna buna razı ola bilməz".

Politoloq vurğulayıb ki, Ukrayna öz şərtlərini ABŞ-yə təqdim edib. ABŞ isə hazırda yenidən vasitəçilik missiyasını həyata keçirməyə çalışır:

"Düşünürəm ki, bu istiqamətdə növbəti mərhələdə danışıqların aparılması hələlik real görünmür. Vaşinqton müəyyən cəhdlər göstərəcək. Eyni zamanda Moskva ilə də məxfi danışıqlar aparılır. ABŞ ilk mərhələdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müsbət nəticə əldə etməyə çox çalışdı, lakin bu, mümkün olmadı. Rusiya Şimali Koreyadan da qoşunlar gətirib. Söhbət təxminən 30-35 min hərbçidən gedir və Moskva növbəti aylarda hücum əməliyyatlarını daha da genişləndirə bilər".

Analitik hazırda real mənada danışıqlar prosesinin olmadığını və müharibənin davam edəcəyinin göründüyünü deyib:

"Rusiya öz taktiki və strateji planlarını həyata keçirmək üçün hərbi əməliyyatları davam etdirəcək. Bununla yanaşı, Ukrayna da Rusiyaya dağıdıcı zərbələr endirir. Lakin Rusiyanın Ukraynada tam qələbə qazanmaq şansları yoxdur. Moskva maksimum şəkildə yeni ərazilər ələ keçirməyə və bununla da danışıqlar prosesində Ukraynaya qarşı mümkün qədər böyük təzyiq göstərməyə çalışır".

Jalə Rövşən

NEWS FEED
12 AUGUST 2026
Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə! 15:20 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 All News