İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH

İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH
12.08.2026 13:47 Təhlil

“İsraillə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq edən müsəlman ölkələrinin Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqına qoşulması problematik məsələdir”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 


O xatırladıb ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl jurnalistlərin suallarını cavablandırarkən İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə ittifaqının hədəfi olmadığını deyib. İsrailin də bu siyahıya daxil olub-olmaması ilə bağlı suala isə Fidan “bizə təhdid yaratmayan ölkələr hədəf deyil” cavabını verib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə İsrail məsələsində daha sərt mövqe nümayiş etdirib:

"Xavaca Məhəmməd Asif müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb və Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan müdafiə sazişinin İslam dünyasında daha geniş əməkdaşlıq mexanizminin əsasını təşkil edə biləcəyini bildirib". 

Politoloq qeyd edib ki, Pakistanın müdafiə naziri, həmçinin İsrailin müsəlman ölkələri arasındakı fikir ayrılıqlarından istifadə etdiyini və dövlətləri bir-birinə qarşı qoymağa çalışdığını vurğulayıb:

“Xavaca Məhəmməd Asifin fikrincə, İslam dünyası ümumi təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etməlidir. Pakistanlı nazir İsrailin yaradılması ilə bağlı da sərt fikirlər səsləndirib, bu ölkəni “xərçəng dövləti” adlandırıb və Fələstin məsələsi həll olunana qədər İslam dünyasının İsrailə qarşı birləşməsinin vacibliyini vurğulayıb. Bu baxımdan Asif Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqını İslam dünyasının daha geniş şəkildə birləşməsinin başlanğıcı kimi qiymətləndirib”. 

Ekspertin sözlərinə görə, Pakistanın müdafiə naziri müsəlman ölkələrinin yalnız ümumi hərbi və coğrafi təhdidlərə qarşı mövqelərini əlaqələndirməsinin deyil, həm də ikitərəfli fikir ayrılıqlarının həllinə çalışmasının vacibliyini qeyd edib. Bu yanaşma isə İsrail məsələsində müsəlman ölkələri arasında ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Elxan Şahinoğlu nümunə olaraq Birləşmiş Ərəb Əmirliklərinin İranla qarşıdurma fonunda İsraillə hərbi əməkdaşlığını genişləndirdiyini, Azərbaycanın isə İsraillə hərbi və enerji sahələrində əməkdaşlığını davam etdirdiyini diqqətə çatdırıb.

“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı ittifaqa Misirin də qoşulacağı barədə xəbərlər yayılsa da, Qahirənin bu məsələdə tələsməməsi başadüşüləndir. Çünki Misir bir sıra hallarda İsraillə Fələstin arasında vasitəçilik rolunu oynayır və ABŞ ilə Avropa İttifaqı bu rolu yüksək qiymətləndirir”, – deyə analitik əlavə edib.

ABŞ və Avropa İttifaqının Misirlə maliyyə və birgə layihələr sahəsində əməkdaşlığının da nəzərə alınmalı olduğunu vurğulayan ekspert İsraillə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq edən müsəlman ölkələrinin Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqına qoşulmasının kifayət qədər problemli göründüyünü diqqətə çatdırıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 Bütün Xəbərlər