Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama
“Qarabağ” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyununda yaxşı nəticə əldə etməyə çalışacaq.
TodayPress TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ukraynalı rəqibə qarşı keçiriləcək cavab matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis əvvəlcə Çempionlar Liqasında “Orhus”u 4:0 hesabı ilə məğlub edən “Sabah”ı təbrik edib:
“Əvvəlcə “Sabah”ı təbrik edirəm. Yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur. Biz də pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular əllərindən gələnin ən yaxşısını edəcəklər. Yaxşı nəticə istəyiriksə, ilk oyundakı səhvləri aradan qaldırmalıyıq. Futbolçular daha diqqətli olmalıdırlar”.
Qurban Qurbanov ardıcıl oyunlarda qol vura bilməməyin futbolçular üzərində psixoloji təzyiq yaratdığını da etiraf edib:
“Bunu normal qarşılayıram. Belə hallar olur. Bunu aradan qaldırmağa çalışırıq. Qol vurmaq üçün daha artığını etməliyik”.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” qarşılaşması avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Namiq HUN