Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək
17.06.2026 12:13 Təhlil

2026-cı il iyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək. Forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı nəzərdə tutulur. 

Bəs Azərbaycanın İraq türkmanləri ilə bağlı strategiyası nədir? Forumun keçirilməsində konkret olaraq hədəflərimiz nələrdir? Hazırkı əlaqələr irs olaraq ortaya nələri qoyur, yəni gələcək nəsillərə nələri qoyacağıq?

Suallarımızı cavablandıran AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev ilk olaraq bildirdi ki, türkmanlar, xüsusilə də Yaxın Şərq ölkələrində (İraq, Suriya, Livan, İordaniya) yaşayan türkmanlar etnik cəhətdən Azərbaycana bağlıdırlar:


“Tarixin müxtəlif dövrlərində ictimai-siyasi səbəblərdən həmin ərazilərə köçərək orada məskunlaşıblar. Qarabağ zəfərindən sonra Azərbaycanın dövlət siyasətində etnik köklərə qayıdış, milli dəyərlərin qorunması və yaşadılması, eyni zamanda Azərbaycandan kənarda milli-mənəvi dəyərlərimizi, dilimizi və adət-ənənələrimizi yaşadan soydaşlarımızla əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib”.

Onun sözlərinə görə, konkret olaraq türkmanlarla bağlı Azərbaycanda müxtəlif sahələri əhatə edən bir sıra mühüm işlər həyata keçirilir:

“Təbii ki, milli köklərə bağlılıq ilk növbədə elmi dairələrdə əsas tədqiqat obyektinə çevrilir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında türkmanlarla bağlı tədqiqatlar xeyli genişlənib. Bunun üçün AMEA-da türkmanlarla əlaqədar elmi tədqiqatların Əlaqələndirmə Şurası yaradılıb. Müxtəlif konfranslar keçirilir, kitablar və məqalələr çap olunur. Vətəndaş cəmiyyətlərinin inkişafı, əlaqələrin dərinləşməsi və mövcud problemlərdən birgə çıxış yollarının tapılması da əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycanda artıq ikinci dəfə Türkman vətəndaş cəmiyyətlərinin Həmrəylik Forumu keçiriləcək. Mədəni, iqtisadi və sosial sahələrdə də yeni layihələr həyata keçiriləcək ki, bütün bunlar türkman irsinin yaşadılmasına xidmət edir”.

Orxan İsayev əlavə edib ki, türkmanlarla bağlı aparılan siyasət cənab Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” tezisinə tam uyğun şəkildə həyata keçirilir:

“Azərbaycan hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, bu dəyərləri dəstəkləyir. Eyni zamanda Azərbaycan xalqının dünyanın müxtəlif coğrafiyalarında yaşayan önəmli parçaları ilə elmi, mədəni və ədəbi əlaqələrin inkişafında maraqlıdır. Bütün bunları nəzərə alaraq, yaxın günlərdə keçiriləcək “Türkman irsi: Türkman vətəndaş cəmiyyətlərinin II Həmrəylik Forumu” böyük önəm kəsb edir”.

Konkret olaraq hədəflərdən bəhs edən O. İsayev ilk növbədə türkman vətəndaş cəmiyyətləri ilə əlaqələri genişləndirmək üçün çalışdıqlarını deyib:

“Bu, həm də türkman cəmiyyətinin inkişafı istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir. Bu gün türkman vətəndaş cəmiyyətlərində mövcud olan problemlər və çətinliklər Azərbaycanda ciddi şəkildə öyrənilir, əməkdaşlıq çərçivəsində həmin problemlərin həlli yolları axtarılır. Sözsüz ki, vətəndaş cəmiyyətləri ilə sıx əlaqələr ortaq dəyərlərin və ortaq irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir. Bu cür forumların təşkili, mütəxəssislərin müxtəlif panellərdə çıxışları və ümumilikdə əlaqələrimizin genişlənməsi mövcud vəziyyətin daha real qiymətləndirilməsinə, gələcəkdə birgə atılacaq addımların müəyyənləşdirilməsinə imkan verir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər 16:39 Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 16:33 AP Gürcüstanla bağlı tənqidi hesabatı qəbul etdi 16:29 Medina "Qarabağ"ı tərk etdi - RƏSMİ 16:17 Kətan toxumu necə istifadə edilməlidir? Faydaları və mümkün yan təsirləri 16:02 İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər 16:06 Rusiya tarixində görmədiyi bombaları yeyir - Ukrayna imperiyanı necə çözdü? 16:05 Bal istehlakının üstünlükləri və ehtiyat tələb edən halları 15:57 Astma necə tanınır? Simptomlar, risklər və nəzarətdə saxlama üsulları 15:53 Səhiyyə işçiləri təltif edildi - SƏRƏNCAM 15:53 Bu məhsullar gömrük rüsumlarından azad ediləcək 15:44 "Qarabağ"ın potensial rəqibləri bəlli oldu 15:31 Bütün Xəbərlər