Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi?

Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi?
29.07.2026 14:45 Təhlil

İyulun 27-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutdu. Ertəsi gün isə bu dəfə təşəbbüs Rusiyadan gəldi və Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək regional məsələləri müzakirə etdi.

Bəs Putinin iki Cənubi Qafqaz ölkəsinin rəhbərləri ilə ardıcıl telefon danışıqları aparması təsadüf idimi? 

Məsələ ilə bağlı politoloq Əli Mustafa TodayPress TV-yə danışıb. 


Analitik qeyd edib ki, Cənubi Qafqaz Rusiyanın geosiyasi maraq dairəsində olan bölgələrdən biridir və Moskva hələ də bu regionu özünün nüfuz zonası hesab edir. Buna görə də bölgədə baş verən siyasi, iqtisadi və geosiyasi proseslərə son dərəcə həssas yanaşır.

"Başqa sözlə, Rusiya Cənubi Qafqazı itirmək istəmir. Bu baxımdan Ermənistana açıq təzyiqlər göstərilir. Xüsusilə, İrəvanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi məsələsi sərt şəkildə gündəmə gətirilir və müəyyən sanksiyaların tətbiqi ehtimalı da istisna edilmir", – ekspert deyib.

Politoloq əlavə edib ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil xarici siyasət də Rusiyanı narahat edir:

"Moskva istəyərdi ki, vaxtilə olduğu kimi Cənubi Qafqaz üzərində dominant mövqeyini bərpa etsin, regiondakı prosesləri yönləndirsin və təsir imkanlarını qoruyub saxlasın. Lakin artıq bölgədə başqa güc mərkəzləri də formalaşıb və iri dövlətlərin təsiri əvvəlki illərlə müqayisədə daha da artıb".

Onun qənaətincə, belə bir şəraitdə Rusiya anlayır ki, onu ciddi geosiyasi rəqabət gözləyir və bu rəqabətin dinamikası getdikcə onun əleyhinə dəyişir. Çünki Rusiya-Ukrayna müharibəsi Moskvanın yaxın xaricdə təsir imkanlarını tədricən zəiflədir və ənənəvi təsir mexanizmlərini sarsıdır.

"Bu baxımdan Rusiya həm beynəlxalq ictimaiyyətə, həm də region ölkələrinə "biz hələ də buradayıq və təsir imkanlarımız qalır" mesajını verməyə çalışır", – analitik bildirib. 

Əli Mustafa Vladimir Putinin eyni vaxtda həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə telefon danışığı aparmasının mətbuata açıqlanmayan başqa səbəbləri ola biləcəyi qənaətinə gəlib:

"Çünki hazırda Rusiya Ukrayna ilə təkcə Qara dənizdə deyil, müəyyən mənada Xəzər hövzəsi ilə bağlı təhlükəsizlik məsələlərində də həssas vəziyyətlə üz-üzədir. Bu kontekstdə Xəzəryanı dövlətlərin mövqeyi və regional təhlükəsizlik məsələləri də müzakirə mövzusu ola bilər".

Ekspert həmçinin bildirib ki, son dövrlərdə Ukrayna dronlarının Xəzər bölgəsində Rusiyaya və İrana məxsus bəzi hədəflərə yönəlmiş əməliyyatları barədə məlumatlar da yayılır. Bu səbəbdən regional təhlükəsizlik, nəqliyyat marşrutları və Xəzər hövzəsindəki vəziyyət də telefon danışıqlarının gündəliyində yer almış ola bilər.

"Ümumilikdə Azərbaycan və Rusiya qonşu dövlətlərdir və iki ölkə arasında müzakirə olunmalı kifayət qədər məsələlər mövcuddur. Buna görə də Rusiya Cənubi Qafqazdakı prosesləri gündəmdə saxlayaraq həm Azərbaycan, həm də Ermənistanla təmaslarını davam etdirməyə, eyni zamanda ictimaiyyətə açıqlanmayan digər məsələlər ətrafında da fikir mübadiləsi aparmağa çalışır", – Əli Mustafa fikrini tamamlayıb.

Jalə Rövşən

PHOTOS

Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi? — 1
NEWS FEED
29 JULY 2026
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Tramp İranın raket hücumlarına kəskin cavab veriləcəyini açıqladı 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi 16:44 Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi 16:17 DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım 16:14 Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur 16:11 Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək 16:08 “Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik” 16:07 İngilis gəncləri son 50 ilin ən kasıb dövrünü yaşayır – Əksəriyyəti valideynindən ayrılmır 16:00 Şahzadəni öldürüb dünya müharibəsi çıxartdılar - 20 milyon insan öldü 15:48 “Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi 14:52 All News