Roddik Sinnerin gələcək planını açıqladı

Roddik Sinnerin gələcək planını açıqladı
29.07.2026 17:07 İdman

Yannik Sinner 2027-ci ildə “Rolan Qarros” tennis turnirindən əvvəl bəzi yarışları buraxa bilər.

TodayPress TV “Tennis Head” nəşrinə istinadən xəbər verir ki, ABŞ tennisinin sabiq ulduzu və hazırda ekspert kimi fəaliyyət göstərən Endi Roddik Yannik Sinnerin Monrealda keçiriləcək “Masters” turnirindən imtina etməsi ilə bağlı fikirlərini bölüşüb.

“US Open-2003” çempionu hesab edir ki, italiyalı tennisçi 2027-ci ildə “Rolan Qarros”a daha yaxşı fiziki durumda hazırlaşmaq üçün torpaq örtüklü kortlarda keçiriləcək bəzi turnirlərdə iştirak etməyə bilər.

Roddikin sözlərinə görə, “Uimbldon”un qalibləri adətən Kanadadakı yarışları buraxaraq istirahət etməyə və ABŞ Açıq çempionatına hazırlaşmağa üstünlük verirlər.

“Uimbldondakı qələbəsindən sonra Yannikdən növbəti planını soruşdum. O, mənə “bir az dincələcəyəm” dedi. Həmin an düşündüm ki, deməli, Kanada turniri olmayacaq”, – deyə Roddik bildirib.

Ekspert əlavə edib ki, Sinner “Rolan Qarros”dan əvvəl yüksək səviyyədə çıxış etsə də, fiziki problemlər yaşayıb. Bu səbəbdən onun gələn il əsas diqqəti bədənini qorumağa yönəldərək bəzi turnirlərdən imtina etməsi mümkün görünür.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Elmir Çərkəzov gümüş medal qazandı 18:56 Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı 18:39 Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi 18:33 Əli Cavadlı dünya çempionatında gümüş medal qazandı 18:22 Bu ərazilərdə təsərrüfat işi aparanlar diqqətli olsun! - YENİ TƏLƏBLƏR 18:19 Xalq artistinin adı bu məktəbə verildi 18:12 Magistraturaya qəbul nəticələri açıqlandı 18:03 Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Tramp İranın raket hücumlarına kəskin cavab veriləcəyini açıqladı 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi 16:44 Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi 16:17 DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım 16:14 Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur 16:11 Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək 16:08 “Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik” 16:07 İngilis gəncləri son 50 ilin ən kasıb dövrünü yaşayır – Əksəriyyəti valideynindən ayrılmır 16:00 Şahzadəni öldürüb dünya müharibəsi çıxartdılar - 20 milyon insan öldü 15:48 “Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Bütün Xəbərlər