İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
29.07.2026 16:17 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

TodayPress TV

FOTOLAR

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi — 1
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi — 2
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi — 3
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi — 4
XƏBƏR LENTİ
29 IYUL 2026
Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Tramp İranın raket hücumlarına kəskin cavab veriləcəyini açıqladı 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi 16:44 Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi 16:17 DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım 16:14 Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur 16:11 Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək 16:08 “Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik” 16:07 İngilis gəncləri son 50 ilin ən kasıb dövrünü yaşayır – Əksəriyyəti valideynindən ayrılmır 16:00 Şahzadəni öldürüb dünya müharibəsi çıxartdılar - 20 milyon insan öldü 15:48 “Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi 14:52 Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi? 14:45 Bütün Xəbərlər