Rusiya öldü - Almaniyadan dedilər

Rusiya öldü - Almaniyadan dedilər
22.07.2026 10:44 Təhlil

Militarizmi sevmirəm, amma ruslara tarixin hər dövründə ən böyük zərbəni Azərbaycanın haqlı olaraq vurduğunu da sevgi ilə qeyd etməliyəm.

Çar qoşunlarının ölkəni işğal edib, qan çanağında boğduğu 1806-cı ildə Sisianovun  Bakıda öldürülməsi kimi...


1918-ci ildə rusların Bakıda qurmaq isədiyi Baksoveti cəhənnəmə vasil edib, Leninin Azərbaycanı işğalını iki il gecikdirdikləri kimi...

Qarabağda başlayan müharibənin SSRİ-ni dağıtdığı kimi...

Vətən savaşında rus silahlarını məğlub edib Bakıda onlardan ibarət "Qənimətlər Parkı"ında kolleksiya açıb, dünyada biabır etmələr kimi.

Və.... dünən daha bir mühüm hadisə baş verdi.

Müasir Rusiyaya kemiş SRRİ respublikalarından ilk dəfə Azərbaycan qiymət verə bildi.

Azərbaycan Prezidenti İlham Əliyev: Rusiyanın enerji infrastrukturu məhv edilir və sıradan çıxır. Rusiya artıq bütün ənənəvi tərəfdaşlarına kifayət qədər qaz və neft tədarük edə bilmir. Yaşıl gündəmdən imtina etməməliyik, eyni zamanda Avropa bankları neft və qaz infrastruktur layihələrinin yenidən investisiya ala bilməsi üçün qərarlarını yenidən qiymətləndirməlidirlər. Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla, Avropaya təbii qaz və neft ixracını əhəmiyyətli dərəcədə artıra biləcək.


Almaniyada deyilən bu fikir Rusiya ictimai rəyində və mediasında 22 iyun gecəsi Hitlerin Sovetlərə hücüm xəbəri qədər sərt təsir etdi deyə bilərik. Burda güclərin müqayisəsini əsla aparmırıq, amma ortada rusların eşitmək istəmədiyi bir söz, özü də birinci şəxsin ağzıdan çıxdı:

Sizin dövrünüz qapanır!

Rus mediası sadəcə belə münasibət bildirdi: O həddə çatmışıq ki, artıq əlaqələrimizi yaxşılaşdırmaq yox, Azərbaycanın bizə düşmən olmamasına çalışırıq.

Özümüzü Şuşa forumunda Orta Güc elan etməyimiz və olmağımız, Berlinin, Vaşinqtonun, Romanını, Pekinin, lap elə Parisin saraylarında strateji müttəfiq kimi qəbul edilməyimiz Sisianovun nəvələrinə çox pis təsir edib.

 Amma həqiqətən İmperiya yıxılıb yox, uzanıb, həm də çox pis.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

PHOTOS

Rusiya öldü - Almaniyadan dedilər — 1
NEWS FEED
22 JULY 2026
Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 All News